• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir müavini: "Ermənistan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür"

Nazir müavini: "Ermənistan bütün qonşularına qarşı ərazi iddiaları irəli sürür"
04.05.2016 17:22
"Ermənistan siyasəti nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb”

"Regiondakı sovetləşmədən öncə Ermənistanın indiki paytaxtı Yerevanda əhalinin əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Zaman-zaman zorla deportasiya siyasəti nəticəsində onlar öz doğma yurdlarını tərk etmək məcburiyyətində qaldılar”.
 
APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İrqi ayrı-seçkiliyin aradan qaldırılması ilə mübarizə komitəsinin Azərbaycanla bağlı iclasında çıxışı zamanı deyib. O bildirib ki, sovet dövründə terrorçu qrupların fəaliyyəti nəticəsində azərbaycanlı əhali yaşadığı yerləri tərk etmək məcburiyyətində qalıb: "Yüzlərlə insan ölüb. Onların çoxu aclıqdan və susuzluqdan yollarda həlak olub. Ermənistan ərazi iddiaları nəticəsində Dağlıq Qarabağ və ona bitişik rayonlarda bir nəfər də azərbaycanlı qalmayıb. Xocalı soyqırımını xatırlatmaq istəyirəm. 1992-ci ildə 24 saat ərzində şəhər yer üzündən silindi. Qocalar, qadınlar, uşaqlar öldürüldü. Sadəcə, ona görə ki, onlar azərbaycanlı idilər. Bunlar Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə siyasətinin nəticəsidir. Onlar məktəbdən başlayaraq uşaqlarına azərbaycanlılara qarşı düşmənçilik öyrədirlər”.
 
Münaqişədən erməni əhalinin də əziyyət çəkdiyini vurğulayan nazir müavini qeyd edib ki, Ermənistan əhalisinin yarısı artıq ölkəni tərk edib. "Çünki Ermənistan bütün qonşularına - Türkiyəyə, Gürcüstana ərazi iddiaları irəli sürür və Azərbaycan torpaqlarını işğal edib”. 

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol