Əhməd Davudoğlu baş nazir vəzifəsindən gedəcəyini açıqladı

Əhməd Davudoğlu AKP lideri və baş nazir vəzifəsindən gedəcəyini açıqlayıb
Bakı – APA. Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Əhməd Davudoğlu partiyanın mayın 22-nə təyin olunan fövqəladə qurultayında bu vəzifəyə namizədliyini irəli sürməyəcəyini bəyan edib.
APA-nın xəbərinə görə, Ə. Davudoğlu bunu keçirdiyi mətbuat konfransında bildirib.
Beləliklə, Ə. Davudoğlunun AKP sədrliyi və baş nazir vəzifəsindən istefası dəqiqləşmiş olub.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























