Almaniya XİN: Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasından narahatdır

Berlin Dağlıq Qarabağda zorakılıq hallarının artmasına işarə edən yeni əlamətlərin olmasından narahatdır.
APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer bildirib.
O, ATƏT-ə sədrlik edən ölkə kimi Almaniyanın hər iki tərəfi yeni gərginliyin baş verməməsi üçün bütün addımlar atmağa çağırdığını bildirib: "Berlin ATƏT-in Minsk qrupunun və onun həmsədrlərinin münaqişənin həlli istiqamətində işin davam etdirilməsi səylərini dəstəkləyir”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























