• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov "Ermənistanın separatçı rejimi tanıması danışıqların sonu olardı"

Əli Əhmədov "Ermənistanın separatçı rejimi tanıması danışıqların sonu olardı"
06.05.2016 21:20
 "Belə hərəkətləri Ermənistan tərəfindən törədilən yeni təxribat kimi qiymətləndiririk. Hesab edirəm ki, Ermənistan belə bir addımı atmağa cürət etməz. Bu, beynəlxalq birlik və təşkilatların tövsiyə etdikləri danışıqlar prosesinin sona çatdırılması demək olardı”.

"Report”un xəbərinə görə, bunu baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Ermənistan parlamentinin qondarma "Dağlıq Qarabağ Respublikası”nı tanıyacağı ilə bağlı açıqlamaları şərh edərkən deyib.

O bildirib ki, bu addımın atılması Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi üçün özünün məqbul bildiyi bütün hərəkətləri etməsini səbəbləndirmiş olar: "Bütün hallarda bunu təxribat hesab edirəm. Güman edirəm ki, istər beynəlxalq, istərsə də regional güclər Ermənistanı bu addımından yan keçməsinə təsir edə bilib. Bildiyiniz kimi, Rusiyanın xarici işlər naziri belə bir qəraın qəbul olunmasının bütövlükdə problemin həll edilməsi kontekstində çətinliklər yaradacağı ilə bağlı xəbərdarlıq etmişdi. Bu xəbərdarlığın da təsiri olub. Digər tərəfdən, ABŞ-ın, beynəlxalq ictimaiyyətin burada əhəmiyyətli rolu olub”.

Ə.Əhmədov qeyd edib ki, bundan sonra da bu cür təxribatların olacağı gözləniləndir: "Bir şeyi qəti şəkildə deyirəm ki, Azərbaycan haqq işindən əl çəkməyəcək. Münaqişənin nizama salınması üçün danışıqlar prosesinə üstünlüyün verilməsi heç bir halda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi niyyətinin alternativi kimi qəbul oluna bilməz. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, torpaqların azad edilməsi niyyətinin alternativi yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç zaman müzakirə predmeti ola bilməz”.

O bildirib ki, Azərbaycan xalqı, ordusu torpaqlarını işğaldan azad edilməsi iradəsini ortaya qoyub: "Bu, həmişə belə olacaq. Əgər Ermənistan tərəfi yenə də təxribata əl atacaqsa, bunun bir cavabı olacaq”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol