• $
  • €
  • ₽
  • ₺
  • £

"Şuşa 8 may 1992-ci ildə erməni təcavüzünün qurbanı olub"

"Şuşa 8 may 1992-ci ildə erməni təcavüzünün qurbanı olub"
07.05.2016 12:40
İşğalçı qüvvələr çıxarılana və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi 8 may tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqələndiriləcək.
 
 
APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Daimi Şuranın 1099 saylı iclasında II Dünya müharibəsi qələbəsinin 71 illiyi ilə bağlı bəyanatında deyilir.

Bildirilib ki,  9 may qələbə günü Azərbaycanda geniş şəkildə qeyd olunur: 

"Anti-faşist koalisiyasının bütün üzvləri kimi Azərbaycanın mərd insanları qələbə üçün vacib töhfə veriblər. Azərbaycan 640 mindən çox qız və oğlanlarını cəbhə xəttinə göndərib. Onların demək olar ki, yarısı qayıtmayıb.

Neftlə zəngin Bakının da böyük qələbə üçün töhfəsi danılmazıdır. Azərbaycan müharibə dövründə neftin dörddə birini,  aviasiya yanacağının 90 faizini təmin edib”.

Bəyanatda deyilir ki, təəssüf ki, II Dünya müharibəsi Azərbaycanın iştirak etdiyi son müharibə olmadı: 

"Müstəqilliyinin ilk illərindən Azərbaycan suveren ölkə kimi Ermənistan təcavüzünün qurbanı olub və Ermənistanın başlatdığı müharibə nəticəsində minlərlə insanını itirib. Nasizm üzərində qələbə günün Erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın gözəl və qədim şəhəri olan Şuşanın işğalından 24 il keçir.

Bu şəhərdə yerli əhaliyə qarşı etnik təmizləmə siyasəti həyata keçirilib. Şuşa 8 may 1992-ci ildə erməni təcavüzünün qurbanı olub” .

ATƏT yanında Daimi Nümayəndəliyi daha sonra bəyan edib ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tamamilə Azərbaycan ərazisindən çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib: 

"Təəssüf ki, bu qətnamələr hələ də yerinə yetirilməyib və Ermənistan bu zorakı aktlar üçün cəzalandırılmayıb. Azərbaycan 8 may tarixini qələbə günü kimi qeyd edə bilmir. İşğalçı qüvvələr çıxarılana və Azərbaycanın ərazi bütövlüyü bərpa olunana kimi 8 may tarixi Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının davam etməsi ilə əlaqələndiriləcək.

Biz gözləyirik ki, ATƏT icması Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və regionda sülh və təhlükəsizliyin bərpa olunması istiqamətində səyləri dəstəkləyəcək”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol