• $
  • €
  • ₽
  • ₺
  • £

“Heydər Əliyev iki dəfə Azərbaycanı tənəzzüldən, xaosdan inkişafa, tərəqqiyə aparıb”

“Heydər Əliyev iki dəfə Azərbaycanı tənəzzüldən, xaosdan inkişafa, tərəqqiyə aparıb”
09.05.2016 21:16
"Heydər Əliyevin iki dəfə Azərbaycana rəhbərlik edib, hər iki dəfə Azərbaycanı tənəzzüldən, anarxiyadan, xaosdan inkişafa, tərəqqiyə aparıb”.

APA-nın məlumatına görə, bunu bu gün  Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Prezident İlham Əliyev bildirib ki, 1969-cu ildə Azərbaycan SSRİ respublikaları arasında ən aşağı yerdə qərarlaşmışdı: ". Heydər Əliyevin bacarığı, xalqa olan bağlılığı nəticəsində cəmi 13 il ərzində ən qabaqcıl respublikaya çevrilib. SSRİ-də Rusiyadan başqa iki ölkə vardı ki, mərkəzdən dotasiya almırdı. Onlardan biri Azərbaycan idi. O illərdə Azərbaycanda kənd təsərrüfatı, sənaye, infrastruktur layihələrinin icrasında çox böyük işlər görülüb. O işlərin nəticəsi bu gün də müstəqil Azərbaycana köməklik göstərir. Xüsusən infrastrutur, neft-qaz layihələri, emal sənayesinin inkişafı sahəsində əldə edilmiş nailiyyətlər müstəqil Azərbaycana xidmət göstərir”.

Dövlət başçısı qeyd edib ki,  1970-1980-ci illərdə Azərbaycanda elm sürətlə inkişaf edib: "O illərdə Azərbaycanda milli-mənəvi dəyərlər təbliğ edilirdi. Əlbəttə, biz müstəqil dövlət deyildik, bəzi məsələlərdə bizim fəaliyyətimiz məhdud xarakter daşyırdı. Ancaq buna baxmayaraq, milli-mənəvi dəyərlər, milli ruh, milli ədəbiyyat, milli mədəniyyət daim diqqət mərkəzində idi. Təsadüfi deyil ki, 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul ediləndə məhz Heydər Əliyevin təkidi ilə Konstitusiyaya Azərbaycan dili ana dili kimi salınmışdı. O illər doğurdan da böyük inkişaf illəri olmuşdu. Heydər Əliyevin fəaliyyətini və böyük nailiyyətlərini nəzərə alaraq, Moskvaya dəvət edilib və ona böyük vəzifə SSRİ baş nazirinin birinci müavini vəzifəsi verilib. Super dövlətin baş nazirinin birinci müavini vəzifəsinə təyinat bir daha Heydər Əliyevin nə dərəcədə istedadlı, peşəkar və işgüzar olduğunu göstərdi. Heydər Əliyev o illərdə bir çox sahələri kurasiya edirdi, bu sahələrdə böyük uğurlar əldə olunurdu. Bununla bərabər, Heydər Əliyev heç vaxt Azərbaycanı unutmurdu. Çalışırdı ki, daha böyük imkanlardan istifadə edərək Azərbaycanı daha da gücləndirsin. Azərbaycanda bir sıra sənaye, infrastruktur layihələri icra edildi, daim Azərbaycanın inkişafına diqqət edirdi. Hər il məzuniyyətə Azərbaycana gəlirdi. Mən yaxşı bilirəm ki, o məzuniyyət formal xarakter daşıyırdı. Çünki o, məzuniyyəti daim görüşlərdə keçirirdi. Heydər Əliyevin tapşırıqları 1980-ci illərdə Azərbaycanın inkişafına çox böyük xidmət göstərib”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol