• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi”

İlham Əliyev: “Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi”
09.05.2016 21:42
"Heydər Əliyev siyasi səhnədən gedəndən sonra Dağlıq Qarabağda xoşagəlməz proseslər başladı”

"Əsassız olaraq Heydər Əliyev 1987-ci ildə bütün vəzifələrdən kənarlaşdırıldı. Bu tək ona deyil, eyni zamanda Azərbaycana qarşı böyük ədalətsizlik və təxribat idi”.

APA-nın məlumatına görə, bunu bu gün  Heydər Əliyev Mərkəzində Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə rəsmi qəbul mərasimində Azərbaycan prezidenti İlham Əliyev söyləyib.

Dövlət başçısı deyib ki, Heydər Əliyevin istefasından iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayrılıb Ermənistana birləşməsi haqqında məsələ qaldırdılar: "Yəni Heydər Əliyev faktoru imkan vermirdi ki, onlar çirkin niyyətlərini ifadə etsinlər. Ancaq Heydər Əliyev siyasi səhnədən gedəndən sonra bu məsələ qalxdı və ondan dərhal sonra Dağlıq Qarabağda xoşagəlməz proseslər başladı. Ermənistanın təhriki ilə Dağlıq Qarabağda separatçı meyllər gücləndi və əfsuslar olsun ki, o vaxtı sovet rəhbərliyi cinayət törədərək o xoşagəlməz meyllərin qarşısını almadı. Nəinki ala bilmədi, almadı, almaq istəmədi. SSRİ-nin dağılması prosesi də o vaxtdan başlamışdı. Mən yaxşı xatırlayıram ki, Heydər Əliyev bu vəziyyətlə bağlı çox məyus olmuşdu, onun qurub-yaratdığı vəziyyət dağılırdı. Heydər Əliyev rəhbər vəzifələrdə işləyəndə mütəmadi Dağlıq Qarabağa, Xankəndinə, Şuşaya səfərlər etmişdi. Mən də o səfərlərin canlı şahidi, iştirakçısıyam. Heç bir faktor onu göstərmirdi ki, orada separatçı meyllər güclənə bilsin. Bu, süni şəkildə ortaya atılmış bir təxribat idi və təəssüflər olsun ki, bu günə qədər Azərbaycan bu təxribatın acı nəticələrini yaşayır”.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol