Almaniyanın xarici işlər naziri Azərbaycana səfər edəcək

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.
Bu barədə APA-ya Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov məlumat verib. O bildirib ki, səfər iyunun sonu, iyulun əvvəlinə gözlənilir.
Səfərin dəqiq vaxtı növbəti günlərdə bəlli olacaq.
Xatırladaq ki, Almaniya hazırda ATƏT-ə sədrlik edir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























