XİN: Ermənistanın "Eurovision"dakı təxribatçı addımı qəbuledilməzdir

"Azərbaycanın "Eurovision" Milli Təşkilat Komitəsi ilə əlaqələndirilmiş şəkildə hazırda bu məsələ araşdırılır”.
Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev ötən gün "Eurovision” mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsində ermənistanlı iştirakçının Dağlıq Qarabağdakı separatçı rejimin bayrağını qaldırmasına münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanın mövqeyi "Eurovision” təşkilat komitəsinə çatdırılacaq: "Ermənistanın bu tip təxribatçı addımları qəbuledilməzdir. Ermənistan "Eurovision” mahnı müsabiqəsinin yaratdığı platformadan Azərbaycanın işğal olunmuş ərazilərində işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin təşviqi məqsədilə istifadə etməyə çalışıb. Belə bir təxribatçı addımın atılması "Eurovision” müsabiqəsinin təməl prinsiplərinə, onun ideyalarına tamamilə zidd xarakter daşıyır”.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























