• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağı müzakirə etdilər

Azərbaycan və Almaniya XİN rəhbərləri Qarabağı müzakirə etdilər
11.05.2016 22:35

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştanmayer arasında təkbətək görüş keçirilib.

XİN-in mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə , Görüşdən öncə hər iki nazir jurnalistlər üçün birgə bəyanatla çıxış ediblər.

Görüş zamanı Azərbaycan-Almaniya münasibətləri, əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan-Ermənistan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov Azərbaycan və Ermənistan arasında qoşunların təmas xəttində yaranan son gərginlik, Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar və azərbaycanlı mülki əhalini ağır silahlardan hədəfə alması barədə almaniyalı həmkarına ətraflı məlumat verib.

Nazir əlavə edib ki, münaqişənin həllinə nail olmaq üçün ilk növbədə Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı, hərbi işğal faktına son qoyulmalı və hərtərəfli siyasi proses başlanmalıdır.

Nazir münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini qeyd edib və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə münaqişənin həllinə töhfə verə biləcəyinə ümidvar olduğunu ifadə edib. Görüşdə iki dövlət arasında mövcud olan siyasi dialoq və iqtisadi əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol