The Hill: "Senator Kirk Azərbaycanın təbii özünümüdafiə hüququnu görməzdən gəlir"

Bir neçə gün əvvəl ABŞ Konqresinin nüfuzlu qəzeti "The Hill"də ermənipərəst senator Kirkin Azərbaycanın təbii özünümüdafiə hüququnu görməzdən gəlməsini tənqid edən məqalə dərc edilib. Məqalənin müəllifi amerikalı hərbi analitik Dennis Caffedir. Məqaləni təqdim edirik:
Senator Marl Kirk kimi siyasətçilər ədalətsizliklər və insan hüquqlarının pozuntularından əziyyət çəkən Cənubi Qafqaz kimi regioanlarda odu körükləyənlərdir. Bu regionda geostrataji nöqteyi nəzərdən ABŞ-ın müttəfiqi olan Azərbaycan kimi ölkə var, hansı ki, beynəlxalq miqyasda tanınan ərazilərinin 16%-ni qonşu Ermənistan işğal edib, o Ermənistan ki, geostrateji və ideologiya baxımından əks qütbdədir.
Uzun əsrlər boyu birlikdə yaşadıqlarından və sovet təcrübəsini birlikdə paylaşdıqlarından bu iki xalq arasında oxşarlıqlar mövcuddur, ancaq digər tərəfdən onlar arasından ideoloji və kültürəl baxımdan vacib fərqli xüsusiyyətlər də mövcuddur. Belə ki, Azərbaycanın strateji fəlsəfəsi tarixi iddialara əsaslanan ərazi iddiaları irəli sürməmək, dinc tərəqqi və modernləşməyə can atmaqdır. Ermənistan isə əksinə, ərazi baxımından genişlənməni nəzərdə tutan torpaq iddiaları irəli sürür (demək olar ki, bütün qonşu dövlətlərə), etnik təmizləməyə yol verir (indi Ermənistanın 99%-i ermənilərdən ibarətdir, halbuki bir əsr əvvəl 50% idi) və terrorizmi məqsədlərə çatmaq üçün məntiqli və qəhrəmanlıq hesab edir (ASALA kimi terror təşkilatlarının üzvləri indiyə qədər bu ölkədə qəhrəmanlar hesab edilir).
Hər iki xalq demokratik inkişaf baxımından ləngiyir, çünki Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və 7 ətraf rayon 1992-94-cü illərdə baş verən müharibə səbəbindən hələ də Ermənistanın işğalı altındadır, hər 9 azərbaycanlıdan birinin məcburi köçkün və qaçqın vəziyyətinə düşməsi ağır yükdür.
Hərbi işğal həm maliyyə, həm insani resurslar və fürsətlərin itirilməsi baxımından olduqca ciddi hadisədir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna (SIPRI) görə, Ermənistan ÜDM-nin 4.2%-ni hərbə xərcləyir, Azərbaycan isə ərazisinin 16%-nin işğalda olmasından əziyyət çəkən tərəf olmasına baxmayaraq, ÜDM-nin 2.9%-ni müdafiə xərclərinə yənəldir. Ermənistan ermənilərin kütləvi halda qaçıb getdiyi və ya emiqrasiya etdiyi hədsiz kasıb ölkədir, buna baxmayaraq, dünyada ən çox hərbiləşmiş üçüncü ölkə, Avropa qitəsində isə (halbuki bu ölkə coğrafi baxımdan Asiyada yerləşir) ən çox hərbiləşmiş birinci ölkədir. Təsadüfi deyil ki, Konqres Araşdırmalar Xidmətinin (CRS) fikrincə, "Ermənistan müharibə şəraitindən qaçarsa, bu, ABŞ-ın Ermənistandakı iqtisadi maraqlarına və ölkədəki yaşayış səviyyəsinin artmasına da səbəb olacaq".
Ancaq Ermənistan dövləti bu məntiqli məsləhətə qulaq asmaq istəmir. Əsas səbəb də odur ki, tanınmış siyasətçilər və Konqresdə Ermənistan Dostluğu qrupunun həmsədri olan və hər il Konqresdəki erməni lobbisinin illik qiymətləndirilməsində A+ alan Senator Mark Kirk kimi şəxslər buna imkan vermirlər (həmçinin bu da nəzərə alınmalıdır ki, bu lobbi qrupunun seçilmiş müxtəlif rəsmilərə dəsəyi hər seçki dövründə 5 milyon dollara çatır).
Əksər müstəqil və tanınmış analitiklərin məsləhətlərinə qulaq asmağı məsləhət görməkdənsə, ABŞ-ın milli maraqlarını genişləndirməkdənsə və ən azı İsrail ilə ABŞ-a müttəfiq ölkə olan Azərbaycana qarşı yönələn ritorikadan qaçmaqdansa, Senator Mark Kirk və Konqresdə onun oxşarı olan üzvlər Ermənistanın Azərbaycan ərazisinin qanunsuz işğalına haqq qazandırırlar, Azərbaycann özünü müdafiə eləmək hüququnu tanımayaraq, erməni irredantizmini dəstəkləyirlər və açıq-aşkar BMT Təhlükəsizlik Şurasının ABŞ-ın da səs verdiyi qətnamələri - o qətnamələr ki, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxmasını tələb edir - görməzdən gəlirlər.
Özünün Dəniz qoşunlarının ehtiyatda olan zabiti olduğu barədə ən azından 5 dəfə saxta iddialar sürən Sen. Kirk "Kosovo Müharibəsi veteranı" kimi şahəsərinə Azərbaycana məsləhət verməklə imza atıb. Yəqin o, unudub ki, Azərbaycan Kosovo missiyasında ABŞ və Kosovoya ilk dəstək verənlərdən olub və özünün sülhməramlılarını oraya yollayıb (İraq və Əfqanıstanda olduğu kimi). Senator Mark Kirkdən fərqli olaraq, Azərbaycan hərbçiləri həqiqətən özlərini təhlükəyə atıblar və marşla irəliləyiblər.
Bu tamamilə aydındır ki, Sen. Kirk özünü müdafiə eləmək hüququndan istifadə edən ABŞ müttəfiqlərini "sonrakı nəticələrlə" hədələməyə və məsləhətlər verməyə layiq o qədər də etibarlı adam deyil.
Mənbə: www.thehill.com/blogs/congress-blog/foreign-policy/278867-illinois-voters-should-hold-sen-mark-kirk-accountable
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























