• $
  • €
  • ₽
  • ₺
  • £

Ariel Koen: "Ermənilər işğal edilmiş əraziləri geri qaytarmalıdır"

Ariel Koen: "Ermənilər işğal edilmiş əraziləri geri qaytarmalıdır"
12.05.2016 14:35
Tomas de Vaal: "Münaqişənin həlli üçün bütün ideyalar təklif edilib və biz göydəndüşmə nəyinsə olacağını gözləyə bilmərik”

"Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində dəyişikliyin vaxtıdır”.
 
Bu sözləri APA-ya açıqlamasında tanınmış amerikalı politoloq, Qlobal Təhlükəsizlik Analizi İnstitutunun Energetika, təbii resurslar və geosiyasət mərkəzinin direktoru Ariel Koen deyib. O bildirib ki, Minsk prosesi hələ ki heç bir nəticə vermir: "Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artması və müharibə təhlükəsinin yeni səviyyəyə çatması heç də təəccüblü deyil. Rusiya yüz ildən artıqdır ənənəvi olaraq Ermənistanı dəstəkləyir. Türkiyəyə qarşı irsi düşmənçilik geri qayıdıb və bu, Rusiyanı Cənubi Qafqazı militaristləşdirməyə sövq edir. Biz uzun müddət daha çox gərginlik və Azərbaycan və Türkiyəyə qarşı təzyiq müşahidə edəcəyik”.
 
A. Koen Ermənistan Qarabağ münaqişəsindən ciddi zərər gördüyünü söyləyib. O qeyd edib ki, Ermənistanın 1 milyondan çox əhalisi ölkəni tərk edib, ölkədə yaşayış səviyyəsi minimuma enib: "Ermənistan vacib investisiya və iqtisadi imkanları əldən buraxıb, öz demokratiyasını təhdid altına salıb. Onun elitası biznesə köklənməyib”.
 
Nüfuzlu politoloqun sözlərinə görə, BMT qətnamələrinin də tələb etdiyi kimi, ermənilər sülh prosesi və nizamlanması çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərini geri qaytarmalı və Cənubi Qafqazda sülh bərqərar olmalıdır. O əlavə edib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması sülhə aparmayacaq və bu, səhv yoldur.
 
Karnegi Beynəlxalq Sülh Fondunun analitiki, Qafqaz üzrə ekspert-yazar Tomas de Vaal isə APA-ya açıqlamasında bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət son dərəcə dəyişkəndir: "Bu qədər insan itkisinin olduğu və emosiyaların yüksəldiyi bir zamanda tam atəşkəsə qayıtmağı gözləmək çox çətindir. Ərazidə beynəlxalq müşahidə yoxdur və hər iki tərəfdən ağır texnikandan istifadə olunur. Bu, o mənanı verir ki, siyasi proses yenidən işə düşməsə, hər iki tərəfdən gənc insanlar ölməyə davam edəcək”.
 
Tomas de Vaal son bir neçə ay ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülən və digər həmsədr ölkələr olan Fransa və ABŞ-la razılaşdırılmış "mərhələli” həll planının gündəmə gəldiyini deyib: "Lakin fikrimcə, bunu demək çox vacibdir ki, Rusiya birtərəfli şəkildə münaqişə tərəflərini sülh razılaşmasına məcbur edə bilməz, çünki onların bunu pozmaq üçün çoxlu yolları var. Demək olar ki, münaqişənin həlli üçün bütün ideyalar təklif edilib və biz göydəndüşmə nəyinsə olacağını gözləyə bilmərik”.
 
Ekspert Ermənistanın Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımasının çox təhlükəli addım ola biləcəyini vurğulayıb: "Bu, Minsk prosesini öldürər. Ümid edirəm ki, bu məsələ real təhlükədən çox, təzyiq göstərmək cəhdidir”. 


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol