• $
  • €
  • ₽
  • ₺
  • £

Filip Ştalder: “TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümənisidir”

Filip Ştalder: “TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümənisidir”
12.05.2016 14:10
 İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı və Türkmənistandakı Fövqəladə və səlahiyyətli səfiri Filip Ştalder Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi Caspian Energy-nin nümayəndə heyətini qəbul edib.

 Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group çərçivəsində əməkdaşlıqla bağlı müxtəlif məsələlərə və informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanlarına toxunulub.

Səfir Caspian European Club (Caspian Business Club) ilə İsveçrə səfirliyi, eləcə də İsveçrə şirkətləri arasındakı gələcək əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

Enerji əməkdaşlığı məsələlərinə toxunan səfir, "İsveçrə Cənub Qaz Dəhlizinin boru kəməri infrastrukturu qismində TAP (Transadriatik boru kəməri) layihəsini fəal şəkildə dəstəklədi”, - deyə qeyd edib. Filip Ştalderin fikrincə, "TAP İsveçrədəki mənzil-qərargahı ilə enerji sektorunda məhsuldar əməkdaşlığın bariz nümunəsidir”.

Səfir qeyd edib ki, SOCAR Cenevrədəki 160 yanacaq doldurma məntəqəsi və ticarət strukturu ilə birgə İsveçrədə fəal xarici investor və işə götürəndir.

Filip Ştalder vurğulayıb ki, İsveçrənin Azərbaycan Respublikasındakı dördüncü səfiri kimi onun məqsədi iki ölkə arasında siyasət, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin genişləndirilməsi, o cümlədən İsveçrənin Azərbaycanda iştirakını gücləndiməkdir. "Son bir neçə il ərzində İsveçrə və Azərbaycan sıx əlaqələr qurmağa nail olub. İkitərəfli münasibətlərin genişləndirilməsi üçün münbit siyasi şərait mövcuddur”, - deyə o vurğulayıb.

Səfirin sözlərinə görə, İsveçrənin iqtisadiyyatın müxtəlif sahələrində təmsil olunan nəhəng şirkətləri Azərbaycanda öz fəaliyyətlərini qurublar. "Bakıdan cənubda yerləşən müəssisəsində sement istehsalı ilə məşğul olan İsveçrə şirkətlərindən biri qeyri-neft sektoruna birbaşa xarici investisiyanın axın mənbəyidir. İnşaat və sənaye sektorları üçün xüsusi kimyəvi reagent istehsal edən digər İsveçrə şirkəti isə bu yaz Sumqayıt Kimya Sənaye Parkındakı yeni müəssisədə işləmək niyyətində olduğunu açıqlayıb. Beləcə, isveçrəli investorlar ölkə iqtisadiyyatının real sektoruna maraq göstərirlər”, - deyə o bildirib.

"İkitərəfli ticarət dövriyyənin təxminən 1 milyard İsveçrə frankı (1 milyard ABŞ dolları) təşkil etdiyi əvvəlki illərlə müqayisədə mən indi üzə çıxmamış daha geniş potensial və mövcud ticarət göstəricilərin artımında hər iki tərəfin böyük marağını görürəm”, - deyə Filip Ştalder söyləyib.

Görüşün sonunda Filip Ştalder "Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, ikitərəfli münasibətləri,  iqtisadi və investisiya əməkdaşlığını genişləndirmək imkanlarına toxunub, enerji bazarının inkişaf perspektivlərindən danışıb, turizm sektorunun və enerji əməkdaşlığının inkişafından söz açıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol