Qəbələdə müdafiə nazirlərinin görüşü başlayıb

Qəbələdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü başlayıb.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz əvvəlcə Qəbələ şəhərindəki Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsini yad ediblər. "Əbədi məşəl” abidə kompleksi önünə gül dəstələri qoyublar.
Sonra qonaqlar ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzüblər.
Görüşlə bağlı nazirlərin birgə mətbuat konfransı keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























