• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri məhv etməyə imkan verməməliyik"

ATƏT sədri: "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səyləri məhv etməyə imkan verməməliyik"
16.05.2016 18:58
 
"Bu günlərdə tək Liviya və Suriyadakı münaqişələr deyil, Dağlıq Qarabağ münaqişəsi də bizi narahat olmağa məcbur edir".
 
APA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer bu gün Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündən əvvəl bildirib.
 
Onun sözlərinə görə, altı həftə əvvəl təmas xəttində döyüşlərin kəskinləşməsi onu göstərib ki, status-kvo uzunmüddətli perspektivdə dayanıqlı deyil.
 
"Münaqişə nə qədər uzanarsa, yeni eskalasiya riski, hətta Azərbaycanla Ermənistan arasında müharibə riski artar.
  
ATƏT münaqişələrin həllində vacib rol oynayır. Rusiya, Fransa və ABŞ ATƏT-in Minsk qrupu həmsədrləri kimi, atəşkəs rejimini möhkəmləndirməyə və siyasi prosesin bərpa olunmasına çalışır. Biz münaqişənin dayanıqlı həlli istiqamətində irəliləməyə səy göstəririk.
 
Fikrimizcə, əsas məqsəd kimi təmas xəttində atəşkəs rejiminə əməl olunmalı, etimad tədbirləri razılaşdırılmalı və danışıqlar prosesinə başlanılmalıdır. Bu, bir qədər zaman alacaq, bir gecədə heç bir qərar olmayacaq, lakin bu o demək deyil ki, biz münaqişənin həlli ilə bağlı səyləri məhv etməyə imkan verməliyik", - deyə o qeyd edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol