• $
  • €
  • ₽
  • ₺
  • £

Litva seymində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr

Litva seymində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr
18.05.2016 11:35
Mayın 16-dan Litvada rəsmi səfərdə olan Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Nəbizadə, milli məclisin üzvləri Muxtar Babayev və Elşad Həsənovun daxil olduğu nümayəndə heyətinin Litva rəsmiləri ilə görüşləri ayın 17-də davam edib.

Bu barədə Trend-ə Azərbaycanın Litvadakı səfirliyindən məlumat verilib.

Bildirilir ki, həmin gün Litva seyminin spikeri Loreta Qraujinene, Litva xarici işlər nazirinin müavini Andrius Krivas, Seymdə Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupun rəhbəri, keçmiş Baş nazir Andrius Kubilius, Seymdə Azərbaycan ilə parlamentlərarası əlaqələr üzrə qrupunun üzvləri və Litvada yaşayan həmyerlilərimiz ilə görüşlər keçirilib.

Görüşlərdə Milli Məclisin üzvləri qarşı tərəfə Azərbaycanın son illərdə iqtisadi, mədəni, təhsil və digər sahələrdə əldə etdiyi nailiyyətlərə dair, həmçinin aprelin 2-də erməni silahlı qüvvələri tərəfindən Azərbaycanın cəbhəyanı bölgələrdə məskunlaşmış dinc əhalinin yaşadığı məntəqələri iri çaplı silahlardan atəşə tutması nəticəsində təmas xəttində baş vermiş hərbi gərginlik barədə məlumat verilərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildiriblər.

Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü bütövlükdə region dövlətləri üçün yaratdığı təhdid və təhlükə barədə qarşı tərəfi məlumatlandıraraq, Ermənistanın təcavüzkar siyasətinin bütövlükdə regionda sabitliyin bərqərar olmasına əngəl törətdiyini vurğulayıblar.

Litva Seyminin spikeri Loreta Qraujinene ilə görüşdə millət vəkili Kamran Nəbizadə Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən xanım Qraujineneyə ünvanlanmış dəvət məktubunu təqdim edib.

Litva Seyminin sədri dəvətə görə minnətdarlığını bildirərək, səfərin tarixlərinin diplomatik kanallar vasitəsilə müəyyənləşdiriləcəyini qeyd edib. Parlamentlərarası əlaqələrin inkişafından məmnunluq ifadə edən L.Qraujinene ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əlaqələrin gücləndirilməsinin münasibətlərimizin daha da dərinləşməsinə təkan verəcəyini bildirib.

Seymdə Vətən Birliyi-Xristian Demokratları Siyasi Qrupun rəhbəri, keçmiş Baş nazir Andrius Kubilius ilə görüşdə iki ölkə arasında iqtisadi sahədə mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.

A.Kubilius Litvada enerji asılılığının azaldılması məqsədilə son illərdə Klaypedada maye təbii qaz gəmi-terminalının, eləcə də "LitPol Link" və "NordBalt" enerji qovşaqları kimi iri layihələrin həyata keçirildiyini qeyd etmiş və ölkəsinin Azərbaycan ilə iqtisadi sahədə əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirib.

Milli Məclisin üzvü Muxtar Babayev Azərbaycan tərəfindən energetika sahəsində həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib və bu gün Yunanıstanın Saloniki şəhərində Transadriatik boru kəmərinin (TAP) təməlinin qoyulması mərasiminin həyata keçirildiyini bildirib.

Litva xarici işlər nazirinin müavini Andrius Krivas ilə görüşdə iki ölkə arasında geniş spektrdə əlaqələrin inkişaf etdirilməsi üçün qarşılıqlı marağın mövcud olduğu qeyd edilib. Azərbaycan-Litva əlaqələrinin müxtəlif sahələr üzrə inkişafına dair fikir mübadiləsi aparılıb.

Litva seyminin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupu ilə keçirilmiş görüşdə tərəflər parlamentlərarası əlaqələrin iki ölkə arasında inkişaf edən münasibətlərə mühüm töhfə verəcəyinə əmin olduqlarını ifadə ediblər.

Hər iki ölkənin parlament üzvləri Azərbaycan və Litva arasında dostluq və əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da genişləndirilməsi istiqamətində birgə səylərin davam etdiriləcəyini bildiriblər. Litva seyminin Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun sədr müavini Mantas Adomenas Litva ilə Azərbaycan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin vacibliyini qeyd edərək Azərbaycanı mühüm bir regionda Litvanın müttəfiqi adlandırıb.

O, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin sülh yolu ilə və ədalətli həllinin tərəfdarı olduğunu və bunun da yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu bildirib.

Qrupun sədri Yuras Pojela isə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin rəsmi mövqeyinin dəyişilməz olduğunu, Litvanın Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıdığını vurğulayıb.

O, Litva Seymində Azərbaycan Respublikası ilə parlamentlərarası əlaqələr üzrə qrupun üzv sayının çoxluğuna görə ən iri olduğunu, seymin 141 üzvündən 51-nin qrupa daxil olduğunu qeyd edib.

Bütün görüşlərdə Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol