• $
  • €
  • ₽
  • ₺
  • £

Pentaqon Azərbaycana 20 milyon dollar hərbi yardım ayırdı

Pentaqon Azərbaycana 20 milyon dollar hərbi yardım ayırdı
18.05.2016 13:00
Ermənistana isə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib; Rusiya radikalları Suriyaya göndərirmiş; Erdoğan saat əqrəblərini geri fırladır – 18 may Qərb mediasının icmalı.

Son 10 ildə ABŞ Müdafiə Departamenti Azərbaycana 20 milyon dollarlıq hərbi yardım ayırıb, Ermənistana isə «qəpik-quruş» verilib. Bunu Eurasianet.org saytında Joshua Kucera ABŞ hökumət sənədlərinə istinadla yazır. 

*TV-lər göstərmir? Biz göstəririk - Youtube Kanalımıza abunə ol, izlə!

Xarici ölkələrə hərbi yardıma Dövlət Departamenti nəzarət etsə də, antiterror müharibəsi başlanandan Müdafiə Departamenti bu işə daha çox girişib. Müəllif yazır ki, Dövlət Departamenti bu iki Qafqaz ölkəsinə yardım məsələsində bərabərlik siyasətini saxlayır, ancaq Müdafiə Departamenti həmin balansı elə də vecinə almayıb. Bakı Pentaqonun «1004-cü Düzəliş» və «1206-cı Düzəliş» adlı iki yardım proqramından faydalanıb. Bu proqramlara Konqres daha az nəzarət edir.

1004-cü Düzəliş narkotik maddələrə qarşı mübarizəyə, 1206-cı Düzəliş isə terrorçuluqla mübarizəyə yardım ayırır. Azərbaycan 2005-ci ildə birinci proqram çərçivəsində 8.5 milyon, ikinci proqramla 11.5 milyon dollar əldə edib. Ermənistana isə 1004-cü Düzəliş ilə 41 min dollar verilib, ikinci proqram çərçivəsində qara qəpik də ala bilməyib. Məlumatı Vaşinqtonda yerləşən Təhlükəsizliyə Yardıma Nəzarət təşkilatı toplayıb. Qurum ABŞ-ın müxtəlif yardım proqramları üzrə məlumat bazası saxlayır.

Yazıda qeyd olunur ki, bu pulun çoxu donanma qüvvələrinə gedib. Daha sonra, 2013-cü ildə ABŞ xüsusi qüvvələri Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin narkotiklərlə mübarizə bölməsinin 50 üzvünə iki aylıq təlim keçib. Təlim 916 min dollara başa gəlib.

Müəllif Pentaqonun yardım proqramlarının regionda uyğun balansı Azərbaycanın xeyrinə pozduğunu vurğulayır. «Düzdür, Azərbaycanın aldığı 20 milyon dollar region miqyasında kiçik görünür. Məsələn, Qırğızıstana həmin müddət ərzində eyni proqramlar çərçivəsində 118 milyon dollar ayrılıb. Amma Dövlət Departamenti son 10 ildə Ermənistanla Azərbaycana oxşar yardımı ciddi azaldır, ildə 2-4 milyon dollara salıb və təxminən eyniləşdirib», - yazıda vurğulanır.

«Ötən ay Dağlıq Qarabağda toqquşmalar qızışandan sonra ABŞ-ın regiona hərbi yardım məsələsi yenə gündəmə gəlib. 1992-ci ildən ABŞ-ın qəbul etdiyi 907-ci Düzəliş Azərbaycana yardımı məhdudlaşdırıb, ancaq 2001-ci ildən bəri bu əlavə hər il pozulub. Sonuncu dəfə aprelin 21-də Dövlət Departamenti təsdiqləyib ki, ABŞ-ın Azərbaycana yardımı Birləşmiş Ştatların beynəlxalq terrorçuluqla mübarizəsinin dəstəklənməsi, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunmasından ötrü vacibdir, Dağlıq Qarabağ sülh prosesinə zərbə vurmayacaq, yaxud Ermənistana qarşı istifadə olunmayacaq», - müəllif yazır.

Aprel toqquşmalarından sonra 907-ci Düzəlişə əməl olunması çağırışları səslənib. Ermənistan lobbiçiləri ABŞ-ı Azərbaycana yardımı tamamilə dayandırmağa çağırıblar. Azərbaycan isə məhdudiyyətlərin bütünlükdə qaldırılmasını istəyir. «907-ci Düzəliş 1992-ci ildə erməni lobbisinin təzyiqi ilə qəbul olunub və ləğv edilməlidir», - prezidentin köməkçisi Əli Həsənov bu ayın əvvəlində deyib. (Azadliq.org)

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol