• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ son illər Azərbaycana Ermənistandan daha çox hərbi yardım ayırıb

ABŞ son illər Azərbaycana Ermənistandan daha çox hərbi yardım ayırıb
19.05.2016 11:48
"Azərbaycan son 10 il ərzində ABŞ Müdafiə Nazirliyindən 20 milyon dollar miqdarında hərbi yardım alıb. Ermənistan isə demək olar ki, heç nə əldə etməyib”.
 
APA-nın "eurasianet.org” saytına istinadən verdiyi xəbərə görə, bu barədə araşdırmaçı jurnalist Joshua Kuceranın "Azərbaycan ABŞ-ın hərbi yardımları sahəsində Ermənistan üzərində üstünlüyə malikdir” başlıqlı məqaləsində deyilir.
 
Yazıda bildirilir ki, bu barədə məlumat ABŞ hökumətinin sənədlərində əksini tapıb. Müəllif qeyd edir ki, ABŞ Dövlət Departamenti hər iki ölkəyə yardımlar məsələsində paritet siyasəti yeritsə də, Pentaqon balansı qorumaqda daha az ehtiyatlı davranıb: "Bakı xüsusən daha az Konqres nəzarətinə məruz qalan və daha az ictimai hesabat tələb edən "Section 1004" və "Section 1206" adlı yardım proqramlarından faydalanıb. Azərbaycan 2005-ci ildən "Section 1004" vasitəsilə narkotiklərlə mübarizə məqsədilə 8,5 milyon dollar vəsait alıb və terrorla mübarizə üçün "Section 1206" vasitəsilə 11,5 milyon dolar vəsait əldə edib.  Bunun əksinə, Ermənistana "Section 1004" vasitəsilə cəmi 41000 dollar verilib, "Section 1206" çərçivəsində isə bu ölkə heç bir yardım almayıb. Azərbaycana ayrılan vəsaitin çox hissəsi Ermənistan əleyhinə istifadə olunmaq riskini azaltmaq üçün və ABŞ-ın Xəzərin enerji infrastrukturundakı maraqları səbəbindən dəniz qüvvələrinə yönləndirilib”.
 
Məqalədə vurğulanır ki, iki ölkə arasında baş verən son hadisələr fonunda ABŞ-ın regiona hərbi yardımları ətrafında debatlar yenidən baş qaldırıb: "907-ci düzəliş 1992-ci ildən Azərbaycana ABŞ yardımlarını məhdudlaşdırıb. Lakin 2001-ci ildən bu məhdudiyyətlərə hər il qadağa qoyulur. Sonuncu qadağa aprelin 21-də açıqlanıb və orada Dövlət Departamenti bəyan edir ki, Azərbaycana yardım ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizəsi, Azərbaycanın sərhəd təhlükəsizliyinin qorunması baxımından vacibdir və Ermənistanla Azərbaycan arasında problemin sülh yolu ilə tənzimlənməsi  cəhdlərini zəiflətməyəcək”.
 
Müəllif nəzərə çatdırıb ki, toqquşmalar yenidən baş qaldırdığı vaxtda erməni lobbi qrupları Azərbaycana yardımın dayandırılmasına çağırıb. Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov buna cavab olaraq 907-ci düzəlişin erməni lobbisinin təzyiqi ilə qəbul edildiyini və ləğvinin vacibliyini bildirib.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol