• $
  • €
  • ₽
  • ₺
  • £

Mədət Quliyev: "Getdikcə terrorçuluqdan çətin fərqləndirilən dini ekstremizm dünya üçün böyük təhlükəyə çevrilib"

Mədət Quliyev: "Getdikcə terrorçuluqdan çətin fərqləndirilən dini ekstremizm dünya üçün böyük təhlükəyə çevrilib"
20.05.2016 10:25
Minsk şəhərində MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının (SORB) 40-cı yubiley iclası keçirilib.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclasın işində Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iştirak edib.

Beynəlxalq təhlükəsizliyin təmin olunmasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məqsədi ilə tədbirdə müşahidəçi qismində Almaniya, İspaniya, İtaliya və Fransanın aidyyəti strukturlarının məsul vəzifəli nümayəndələri də təmsil olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev iclasda "Terrorçuluğun və ekstremizmin təzahürlərinə qarşı əməkdaşlığın fəallaşdırılması” mövzusunda çıxış edərək bildirib ki, Azərbaycanın tərəqqisi və inkişafı üzrə strateji xəttin həyata keçirilməsi sahəsində təhlükəsizliyin təmin olunması məsələsində beynəlxalq əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Bu baxımdan, yeni yaradılan Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik məsələləri ilə bağlı iki və çoxtərəfli səviyyədə müxtəlif formatlarda, o cümlədən SORB çərçivəsində tərəfdaşlıq münasibətlərinin daha da genişləndirilməsində maraqlıdır.

General-leytenant Mədət Quliyev diqqətə çatdırıb ki, qlobal xarakter alan terrorçuluğun və ekstremizmin doğurduğu problemlər və fəsadlar beynəlxalq təhlükəsizliyi ciddi təhdid edir: "Bu təhlükəli təzahürlərin coğrafiyası yeni ölkələrin və qitələrin hesabına daha da genişlənir. Terrorçuluqdan getdikcə çətin fərqləndirilən dini ekstremizm artıq müasir dünya üçün böyük təhlükəyə çevrilib. Hazırda törədilən terrorçuluq əməllərində dini ekstremizmin əsasları özünü daha çox büruzə verir. Bunun başlıca səbəbi kimi "Əl-Qaidə”, "İŞİD” və digər terrorçu təşkilatların öz dağıdıcı fəaliyyətlərində ənənəvi dinin ehkamlarını dəyişib əsl mahiyyətini təhrif edərək, ondan sui-istifadə ilə təlqin etdikləri dini-ideoloji təlimatları göstərmək olar".

M.Quliyev regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında təhlükə və təhdidlər barədə əldə edilən qabaqlayıcı məlumatların vaxtında tərəfdaşlara ötürülməsinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, çıxışının sonunda iclas çərçivəsində aparılmış müzakirələrin əməkdaşlıq sahələrində birgə fəaliyyətə öz müsbət təsirini göstərəcəyini, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksəlməsinə xidmət edəcəyini vurğulayıb.

İclasda transmilli mütəşəkkil cinayətkarlığa və digər hüquqazidd əməllərə qarşı mübarizənin fəallaşdırılması və təkmilləşdirilməsi yolları, qarşılıqlı əməliyyat məlumatı mübadiləsi, o cümlədən dünyadakı geosiyasi şəraitin inkişafının Mərkəzi Asiya regionuna təsiri, MDB iştirakçı dövlətlərin terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə qarşı 2014-2016-cı illər üçün tərəfdaşlıq Proqramının icra vəziyyəti, eləcə də təhlükəsizlik və xüsusi xidmət orqanlarının səlahiyyətlərinə aid edilmiş cinayətlər üzrə ibtidai istintaqın aparılması və informasiya təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bununla yanaşı, SORB yanında Elmi-texniki əməkdaşlıq üzrə Komissiyanın, MDB-nin Antiterror mərkəzinin fəaliyyətinin, həmçinin MDB iştirakçı dövlətlərin mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində təhlükəsizlik və xüsusi xidmət orqanlarının birləşmiş məlumat bankının Koordinasiya şurasının və Texniki komitəsinin iclasının yekunları və maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. İclasın sonunda gündəlikdəki məsələlər üzrə müvafiq qərarlar qəbul olunmuş, MDB iştirakçı dövlətlərin Təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının növbəti iclasının Azərbaycanda keçirilməsi planlaşdırılıb.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol