• $
  • €
  • ₽
  • ₺
  • £

Azay Quliyev: Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası yaradılmalıdır

Azay Quliyev: Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası yaradılmalıdır
20.05.2016 12:57
"Son günlərdə bir qrup blogger tərəfindən başlanılan #stopMetsamor kampaniyası uğurla davam etdirilir. Bu təkcə ekoloji məsələ deyil, hər kəsin həyatı və sağlamlığı üçün real təhlükə mənbəyidir. Azərbaycan tərəfinin başladığı bu kampaniya bəşəriyyət, insanlıq, təhlükəsizlik adına çox vacibdir".

Trend-in məlumatına görə, bunu mətbuata açıqlamasında ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, QHT-lər bu kampaniyada da həmişə olduğu kimi aktivlik nümayiş etdirməlidirlər: "Hesab edirəm ki, AES-lə bağlı beynəlxalq təşkilatların verdiyi bütün ekspert rəyləri, hesabatlar toplanmalıdır. Mütəxəssislər deyirlər ki, hər hansı nasazlıq hətta Çernobıl faciəsindən də dəhşətli qəzaya səbəb ola bilər. Bu tək Azərbaycanın işi olmamalıdır. QHT-lərdən, ictimai aktivlərdən, media nümayəndələrindən ibarət "Anti-Metsamor beynəlxalq şəbəkə, ictimai hərəkat yaradılmalıdır". İlk növbədə Emənistanın digər qonşuları bu prosesə qoşulmalıdırlar. Bundan sonra qeyd etdiyim bynəlxalq şəbəkə böyüyərək digər ölkələri əhatələməlidir. MAGATE-yə mürciətlər olunmalı, bu qurum rəsmən etməlidir".

Millət vəkili sonra deyib: "Bildiyiniz kimi ayrı-ayrı dövlətlər bu stansiyanın fəaliyyətini dayandırmağa çağırış etməkdənsə, gələcək fəaliyyəti üçün kredit ayırır, digər formada dəstəkləyirlər. Bu, yanlış yanaşmadır. Belə layihələrin dəstəklənməsi təhlükənin miqyasını və sürətini artırır. AES-in nüvə tullantıları Kür-Araz vasitəsilə Xəzərə tökülür və bu böyük təbii fəlakətin göstəricisidir. Xəzərin ekosisteminin pozulması isə digər regionlara da öz tərsirini göstərəcək. Təklif edirəm ki, ilk növbədə QHT-lər aktivlik göstərsinlər".

A.Quliyev qeyd edib ki, ayrı-ayrı vətəndaşlarımız sosial şəbəkələrdən istifadə etməklə bu işə dəstək olmalıdırlar: "Bu kampaniyanı beynəlxalq kampaniyaya çevirmək lazımdır. Müxtəlif insan haqları təşkilatlarının, ekoloji qurumların diqqətini bu fəaliyyətə cəlb etmək lazımdır. Təbii ki, tərəfimizdən müəyyən təşəbbüs olacaq. Yaxşı olar ki, ilkin mərhələdə bu fəlakətlə üz-üzə olan ölkələrin - Gürcüstan, Türkiyə, Azərbaycan və İran QHT-lərindən ibarət "Metsamor AES əleyhinə Beynəlxalq QHT Koalisiyası" yaradılsın və bura sonralar digər ölkələr və qurumlar da cəlb edilsin. Ermənistan QHT-ləri də bu koalisiyada iştiral etsə, özləri üçün ən real təhlükə mənbəyinin qarşısının alınması işinə töhfə vermiş olarlar".

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol