• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya XİN Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı

Rusiya XİN Qarabağda sülhməramlıların yerləşdirilməsindən danışdı
20.05.2016 13:40
"Qabağa qaçmaq lazım deyil”.

Əsas olan Qarabağ münaqişəsinin hərbi yolla həlli olmadığına dair fundamental ideyanı dəstəkləməkdir. 

Bu ideya bəzən ritorik, bəzən isə təcrübədə şübhə altına alınır.

Oxu.Az xəbər verir ki, bu barədə Moskvada erməni jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə IV Departamentinin direktoru Aleksey Pavlovski deyib.

Ona görə də Pavlovskinin fikrincə, Rusiya və digər həmsədr ölkələr birmənalı olaraq kağız üzərində öz mövqeyini təsdiqləməlidir ki, 1994-1995-ci illərdə əldə olunan razılaşmalar atəşkəs və sülh prosesinin davam etdirilməsi üçün fundament olaraq qalır.

Sülhməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ehtimalına gəldikdə isə A.Pavlovski qeyd edib ki, məsələ Madrid prinsiplərindən başlayaraq danışıqlar masası üzərində olan nizamlanma sxemlərində yer alıb.

"Qarabağ münaqişəsi ilə bağlı razılıq əldə edilən zaman ilkin mərhələdə sülhməramlı qüvvələr bölgədə yerləşdirilə bilər”, - deyən diplomat, bu məsələdə qabağa qaçmağa ehtiyac olmadığını, ona aktuallıq səviyyəsinə uyğun olaraq qayıtmaq lazım olduğunu da vurğulayıb.

Dağlıq Qarabağ separatçılarının tərəf kimi danışıqlar prosesinə qayıtması məsələsinə toxunan rusiyalı diplomat Ermənistanın "DQR”in danışıqlar prosesində tərəf kimi təmsilçiliyi haqqında rəsmi bəyanat vermədiyini vurğulayıb:

"Heç kim rəsmən bu cür təklif irəli sürməyib”.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol