• $
  • €
  • ₽
  • ₺
  • £

Xələf Xələfovdan Avropa qurumlarına çağırış

Xələf Xələfovdan Avropa qurumlarına çağırış
20.05.2016 17:50
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Avropa Parlamentinin Müdafiə və Təhlükəsizlik alt-komitəsinin sədri, Polşanın sabiq xarici işlər naziri Anna Fotiqa ilə görüşüb.
 
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Avropa Parlamenti və digər Avropa təsisatları arasında əməkdaşlığın hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, Ermənistan-Azərbaycan münaqişəsi və münaqişənin həlli istiqamətdə aparılan danışıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar, demokratiya və insan haqlarının təminatının inkişafına töhfə verən layihələrin icrası, eləcə də prezident İlham Əliyev tərəfindən imzalanan əfv fərmanları haqqında geniş məlumat verən X. Xələfov Azərbaycanın Avropa qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb. O, ölkəmizin qarşıya qoyduğu prioritetləri, iqtisadi potensialı, qeyri-neft sektorunun inkişafı, hərbi və müdafiə qabiliyyəti haqqında danışan nazir müavini regionun inkişafı və təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın oynadığı rolu təfsilatı ilə izah edib.
 
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribatlar, azərbaycanlı mülki əhaliyə və mülki obyektlərə qarşı ağır silahlar vasitəsilə edilmiş hücumlara toxunan X. Xələfov "status-kvo”nun saxlanmasının qəbuledilməz olmasını Ermənistandan başqa bütün tərəflərin etiraf etdiyini qeyd edib və bu xüsusda Avropa İttifaqının bəyanatlarını xatırlayıb.
 
A. Fotiqa isə sədri olduğu alt komitədə bu yaxınlarda Azərbaycana dair təqdimatın keçirildiyini, Azərbaycan hökuməti tərəfindən insan hüquqları sahəsində atılan addımların təqdir edildiyini və ölkəmizin terrorizmə qarşı mübarizədə səylərinin yüksək qiymətləndirildiyini bildirib. Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə toxunan qonaq Polşanın hər zaman dostlarının və müttəfiqlərinin ərazi bütövlüyünü dəstəklədiyini xüsusi vurğulayıb. O, azərbaycanlı qaçqın və məcburi köçkünlərin çətin vəziyyətini başa düşdüklərini, onların öz doğma yurdlarına geri dönmə arzularının haqlı olduğunu bildirib və bu məsələnin onun tərəfindən hər zaman parlament və digər səviyyələrdə qaldırılacağını qeyd edib.
 
X. Xələfov Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq həlli üçün Avropa qurumlarının səylərinin birləşdirilməsi və artırılmasının vacibliyini önə çəkib və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini tam təmin edəcək həllinə alternativin olmadığını qonağın diqqətinə çatdırıb.
 
Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.
 
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.
 
1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.
 
Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol