• $
  • €
  • ₽
  • ₺
  • £

İran Ali Rəhbərinin nümayəndəsi: "İşğal olunan torpaqlar qaytarılmalıdır"

İran Ali Rəhbərinin nümayəndəsi: "İşğal olunan torpaqlar qaytarılmalıdır"
24.05.2016 11:11
Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Ali Rəhbərinin nümayəndəsi Ayətullah Müctəid Möhsün Şəbüstəri ilə görüşüb.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətidən məlumat verilib.

Komitəsinin sədri Mübariz Qurbanlı görüşdə bildirib ki, bu gün dünyada baş verən münaqişələr multikulturalizm ideyalarını aktuallaşdırıb: "Azərbaycan Prezidenti İlham Əliyev 2016-cı ili ölkədə "Multikulturalizm ili” elan edib. Azərbaycan həmişə dünyada müxtəlif xalqların dinc və yanaşı yaşamasının tərəfdarı olub. Bu gün Azərbaycanda azsaylı xalqların mehribanlıq şəraitində yaşaması digər ölkələr üçün nümunədir".

Komitə sədri dünyanın bəzi regionlarında dini və etnik zəmində qarşıdurmalar mövcud olduğunu və bu qarşıdurmalar nəticəsində minlərlə insan qətlə yetirildiyini xatırladıb. O deyib ki, silahlı qruplaşmalar İslam dini adından sui-istifadə edərək terrorçuluqla məşğul olurlar: "Bunların qarşısını almaq üçün İslam dinini düzgün təbliğ etmək lazımdır”.

Diqqətə çatdırılıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtdıqdan sonra cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi dəyərlərin möhkəmlənməsini diqqət mərkəzində saxlayırdı. Azərbaycan xalqının mənəvi dəyərləri İslam dini üzərində formalaşıb. Uzun müddət Sovet İttifaqının ateizmi təbliğ etməsinə baxmayaraq, xalqımız dini dəyərlərini unutmayıb. İslam dininin Azərbaycan xalqının dünyagörüşündə mühüm yeri olduğunu deyən Komitə sədri vurğulayıb ki, müstəqilliyin ilk illərində ölkəmizdə cəmi 17 məscid var idi. Bu gün isə Azərbaycanda məscidlərin sayı 2 050-yə çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilib istifadəyə verilən Heydər məscidi möhtəşəmliyi ilə diqqəti cəlb edir. Bu məsciddə, eyni zamanda 7 min insan ibadət edə bilər.

Ermənistanın Azərbaycana qarşı təcavüzünə toxunan M.Qurbanlı deyib ki, erməni vandalları Şuşada, Ağdamda və işğal altında qalan digər rayonlardakı məscidləri dağıdıb, təhqir ediblər: "Ermənilər məscidləri dağıtmaqla yalnız Azərbaycana qarşı deyil, həmçinin, İslam dininə etiqad edənlərə qarşı təhqiramiz hərəkət ediblər. Bunlar cavabsız qalmamalıdır".
Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu qeyd edən Ayətullah Şəbüstəri bildirib ki, işğal olunan torpaqlar qaytarılmalıdır. O, dünyada müsəlmanlara qarşı ayrı-seçkiliyin mövcud olduğunu deyib, İslam həmrəylinin zəruriliyini vurğulayıb. Qeyd edilib ki, gənclərin düzgün yönləndirilməsi onların radikal qruplaşmalara qoşulmasının qarşısını ala bilər. Azərbaycanda məscidlərin bərpasını və dini dəyərlərin qorunmasını yüksək qiymətləndirən Ayətullah Şəbüstəri qonşu və dost ölkənin inkişaf etməsinin sevindirici olduğunu bildirib.
Görüşdə dini sahədə əlaqələrlə bağlı fikir mübadiləsi aparılıb.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol