• $
  • €
  • ₽
  • ₺
  • £

Rus qoşunları Azərbaycandan bu gün çıxarıldı

Rus qoşunları Azərbaycandan bu gün çıxarıldı
25.05.2016 20:00

1993-cü il 25 may- rus qoşunlarının Azərbaycandan çıxarıldığı gündür. SSRİ dağılandan sonra tərkibindəki ölkələrdən  Azərbaycan ilk olaraq rus qoşununu ölkədən çıxarıb. 

Həmin vaxt Rusiya Azərbaycan rəhbərliyi ilə qoşununun burada qalmasını razılaşdıran müqavilə imzalamağa çalışsa da, ölkə rəhbərliyi buna müqavimət göstərib. Bildirilir ki, tərkibində 4 motoatıcı, bir hava-desant diviziyasının və 5 hərbi aerodromu olan 4-cü ordunun Azərbaycanı tərk edəcəyinə inam o zaman güclü deyildi.  

Ancaq Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə gəlişindən sonra buna inananların sayı artmağa başlayıb. 

Bugünlərdə ölkədəki siyasi partiyalardan biri olan KXCP rus qoşunlarının Azərbaycandan çıxarıldığı 25 may tarixinin rəsmi şəkildə, bayram kimi qeyd olunması təklifi ilə çıxış edib.

Qeyd edək ki, 24 il sonra yenə rus qoşunlarının sülhməramlı adı ilə Qarabağa  yerləşdirilməsi təhlükəsi var. Bildirilir ki, məhz bu məqamda 25 mayın qeyd olunması ilə dünyaya mühüm mesaj verilə bilər. KXCP-dən bildirilib ki, partiyanın bu təklifinə hakimiyyətdən hər hansı reaksiya gəlməyib. 

KXCP sədrinin müavini Xəzər Teyyublu musavat.com-a  bildirib ki, 25 may tarixinin dövlət səviyyəsində qeyd olunması vacibdir: "Azərbaycan postsovet məkanında ilk respublika oldu ki, ölkədə demokratiya qalib gəldi və 1991-ci ildə Azərbaycanın müstəqillik aktı qəbul olundu.

Qurulmuş demokratik cümhuriyyətin işğalından 70 il sonra sovetlər imperiyası dağıldı, cümhuriyyət yenidən bərpa olundu. Bu proseslərdə ölkədə demokratik bir hakimyyət quruldu və Əbülfəz Elçibəy hakimiyyət başına gəldi. O dövrdə bunlar Azərbaycan xalqının uğuru idi və ölkədə keçirilən demokratik islahatlardan biri də rus, sovet qoşunlarının ölkədən çıxarılması idi.

Çünki o yerdə ki, başqa bir dövlətin qoşunu var, bu, ilhaq sayılır, müstəmləkəçilik sayılır. 1920-ci ildə Azərbaycana girən rus qoşunlarını 1993-cü ildə Əbülfəz Elçibəy çıxardı. Azərbaycan həm də tam müstəqil o vaxt olacaq ki, onun təkcə şimalında yox, cənubunda da 25 miyonluq xalqın müstəqilliyi olacaq.

Tamamilə 50 milyonluq Azərbaycan qurulandan sonra tam müstəqil dövlətimiz olacaq. Rusiya bu vaxta qədər nə olur-olsun Qarabağ problemini  həll etməyə imkan vermir. Kreml Azərbaycana yenə qoşununu salmaq istəyir.

Rusiya istəyir ki, Qafqazda Azərbaycan xalqının müstəmləkə siyasətini davam etdirsinlər. Rus qoşunlarının ölkəmizdən çıxarılmasını bayram kimi qeyd etmək bir növ həm də dünyaya bir mesajdır ki, Azərbaycan müstəqil dövlətdir, heç bir istilaya özünü qurban verməyəcək.

Gələcəkdə dünya dövlətlərinin sırasında özünü götmək istəyir. Azərbaycanın nicat yolu dövlət müstəqilliyini qoruyub saxlamaqla dünyanın təkkib hissəsinə çevrilməkdir. Biz əhəmiyyətli günün dövlət səviyyəsində qeyd olunmasını istəyirik. Həm də istəyirik ki, bu günün şərəfinə bir abidə ucaldılsın. Tarixi gün kimi qeyd olunsun 25 may, dövlət bayramı kimi görə bilək”. 

Maraqlıdır ki, KXCP-dən başqa digər müxalifət partiyaları 25 mayla bağlı hər hansı tədbir planlaşdırmayıblar. Onlar 28 mayda keçiriləcək Respublika Gününə hazırlaşırlar. Müsavat Partiyasının başqan müavini Elman Fəttah bildirib ki, partiya bütün hazırlıqlarını 28 Maya- Respublika Gününə həsr edib:

 "Bu səbəbdən 25 mayla bağlı hər hansı tədbir gözlənilmir. Mayın 29-də, saat 12-də Novxanıda bayram mitinqi şəklində Azərbaycanın Respublika, müstəqşdlik gününü qeyd edəcəyik. Ancaq Müsavat Partiyası 25 mayın 25 illiyinə hazırlaşmağı planlaşdırır. İl boyu davam edəcək tədbirlərimiz olacaq”.


Ümid Partiyası sədrinin müavini Taleh Əliyev isə qeyd edib ki, partiyada 25 mayla bağlı xüsusi tədbir təşkil olunmayacaq: 

"Amma bu tarix yaddan çıxmayıb. Bu, Azərbaycandan sonuncu işğalçının çıxdığı tarixdir. Ancaq 28 mayda cümhuriyyətin yüz illiyi gəlir, partiya olaraq həmin günə hazırlaşırıq. Partiyada dəyirmi masa keçirilməsi planlaşdırılıb. Tədbirdə 25 may tarixi də xatırlanacaq”.  

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol