Birləşmiş Krallığın ticarət nümayəndəsi Azərbaycana səfər edəcək

Birləşmiş Krallığın Azərbaycandakı ticarət nümayəndəsi baronessa Emma Nikolson mayın 31-də Azərbaycana gələcək.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən "Report"a bildiriblər ki, baronessa Emma Nikolson gələn həftə Bakıda keçiriləcək Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransda iştirak edəcək.
Səfərin məqsədi ölkə hökuməti ilə münasibətlərin, eləcə də Azərbaycan-Britaniya arasında həm neft və qaz sahəsində, həm də digər sahələrdə ticarət əməkdaşlığının möhkəmləndirilməsidir.
Səfər iyunun 6-da başa çatacaq.
Qeyd edək ki, 23-cü Beynəlxalq "Caspian Oil&Gas 2016" sərgi və konfransı iyunun 1-4-də Bakıda keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























