• $
  • €
  • ₽
  • ₺
  • £

Afrika İttifaqının mənzil-qərargahında təntənəli 28 May tədbiri

Afrika İttifaqının mənzil-qərargahında təntənəli 28 May tədbiri
28.05.2016 15:18

 Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən və Afrika qitəsinin 54 ölkəsini özündə birləşdirən Afrika İttifaqının mənzil-qərargahında 28 May – Respublika Günü təntənəli şəkildə qeyd edilib.

 

Azərbaycanın Efiopiyadakı səfirliyindən APA-ya verilən xəbərə görə, tədbirdə Afrika İttifaqının siyasi məsələlər üzrə komissarı Aişə Abdullahi, Afrika İttifaqının Qadınlar, gender məsələləri və inkişaf üzrə baş idarəsinin rəisi Leyla Ben Əli, Afrika İttifaqı Komissiyasının Protokol İdarəsinin rəisi Simon Abala, Efiopiyanın yüksək vəzifəli şəxsləri, o cümlədən baş nazirin müşaviri Dr. Fasil Nahom, Efiopiya və Afrika İttifaqı yanında akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, diplomatları, ölkənin aparıcı media nümayəndələri və Azərbaycan ali təhsil müəssisələrini bitirmiş efiopiyalı məzunları iştirak ediblər.

 

Azərbaycan, Efiopiya və Afrika İttifaqının himnlərinin səslənməsi ilə başlanmış tədbirin açılışında çıxış edən Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri və Afrika İttifaqı yanında daimi nümayəndəsi Elman Abdullayev 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli demokratik respublika olduğunu qeyd edərək, onun Azərbaycan üçün xüsusi tarixi önəm daşıdığını bildirib. Azərbaycanın hər bir sahədə əldə etdiyi uğurlardan və dinamik inkişafından danışan E.Abdullayev prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın böyük uğurlara imza atdığını və dünyanın diqqət mərkəzinə çevirildiyini qeyd edib. Ermənistanın işğalçılıq siyasətindən bəhs edən səfir Azərbaycanın ərazi bütövlüyünün və ədalətli mövqeyinin dünya ictimaiyyəti və mötəbər beynəlxalq təşkilatlar tərəfindən birmənalı şəkildə dəstəkləndiyini qonaqların diqqətinə çatdırıb.

 

Tədbir zamanı Azərbaycanın zəngin mədəniyyəti və tarixini əks etdirən videoçarxlar nümayiş etdirilib və iştirakçılara milli mətbəxin təamları təqdim olunub.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol