• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Azərbaycanı Qarabağ məsələsində dəstəklədi

Türkiyə Azərbaycanı Qarabağ məsələsində dəstəklədi
28.05.2016 17:59

Ermənistanın haqsız işğal və təcavüzünə dərhal, qeyd-şərtsiz son verilməsini istəyirik. Bütün dünyaya bunu bəyan edirik. Azərbaycanın əlinə tikan batsa, Türkiyənin ürəyinə tikan batar.

ANN.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu sözləri Türkiyə prezidentinin baş müşaviri Yalçın Topçu Azərbaycanın Ankaradakı səfirliyində Cümhuriyyətin 98-ci ildönümü ilə bağlı təşkil olunan qəbul zamanı bildirib.

Y. Topçu Azərbaycan torpaqlarının işğalına son verilməsi üçün beynəlxalq ictimaiyyəti fəaliyyət göstərməyə çağırıb.

Türkiyə baş nazirinin müavini Toğrul Türkeş də çıxışı zamanı Türkiyənin Azərbaycanla hər sahədə münasibətləri inkişaf etdirmək üçün əzmli olduğunu deyib. Ötən ayın əvvəllərində Ermənistan tərəfinin hücumu ilə başlayan toqquşmaları Türkiyənin yaxından izlədiyini söyləyən T. Türkeş qardaş Azərbaycan xalqına hər cür dəstəyə hazır olduqlarını diqqətə çatdırıb: 

"Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin davamı baxımından ölkəmizin üzərinə düşən məsuliyyəti dərk edirik. Bu məsuliyyətdən irəli gələn vəzifələrimizi də yerinə yetirməkdə qərarlıyıq. Türkiyə xalqı yaxşı gündə olduğu kimi, pis gündə də azərbaycanlı qardaşlarının daim yanında  olub, bundan sonra da olmağa davam edəcək”.

Jurnalistlərin suallarını cavablandıran  nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan isə Bakı-Tbilisi-Qars dəmir yolunun 2017-ci ilin əvvəlində istismara verilməsinin əsas hədəf olduğunu deyib.

Öz növbəsində, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iki ölkə arasındakı dostluq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə edib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol