Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırıldı

Azərbaycan Milli Məclisinin yaz sessiyasının ardınca növbədənkənar xüsusi sessiyası çağırılıb.
Parlamentdən APA-ya verilən məlumata görə, bununla bağlı deputatların müraciəti əsasında qərar qəbul edilib. Növbədənkənar sessiya çərçivəsində bir sıra komitə iclasları ilə yanaşı, iki plenar iclas keçiriləcək. Plenar iclasların tarixi və gündəlikləri növbəti ay müəyyənləşəcək.
Qeyd edək ki, bu gün Milli Məclisin 2016-cı il yaz sessiyasının sonuncu plenar iclası keçiriləcək.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























