• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov: "Prezidentlərin növbəti görüşünün təşkili üzərində iş gedir"

Novruz Məmmədov: "Prezidentlərin növbəti görüşünün təşkili üzərində iş gedir"
01.06.2016 12:28

"Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb”.
 
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
  
N. Məmmədov bildirib ki, Elmar Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.
 
Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib: "Serj Sarkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək ”.
 
N. Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib: "Serj Sarkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol