Rumıniya Azərbaycandakı səfirini geri çağırıb

Rumıniya 7 ölkədəki səfirini geri çağırıb
Rumıniya prezidenti Klaus Yohannis bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Daniel Kristian Çiobanunun geri çağırılması haqqında fərman imzalayıb.
"Report”un Şərqi Avropa müxbiri xəbər verir ki, fərmanla Çiobanu səfir vəzifəsindən geri çağırılıb.
Rumıniya prezidentinin imzaladığı fərman bu ölkənin daha 6 dövlətdə - İsveçrə, Braziliya, Serbiya, Küveyt, Pakistan və İranda çalışan səfirlərinə də şamil olunacaq.
Fərmana əsasən, Rumıniyanın həmin səfirləri fərman dərc olunduğu vaxtdan 90 gün müddətinədək səfir missiyasını bitirməlidir.
Qeyd edək ki, D.K.Çiobanu Azərbaycanda səfir fəaliyyətinə 2011-ci ildə başlayıb. Bundan əvvəl diplomat Rumıniyanın Moskvadakı səfirliyində 1-ci katib vəzifəsində çalışıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























