• $
  • €
  • ₽
  • ₺
  • £

Novruz Məmmədov: “Almaniyanın addımı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət etmir”

Novruz Məmmədov: “Almaniyanın addımı sülhə, təhlükəsizliyə, sabitliyə xidmət etmir”
03.06.2016 12:11
"Almaniya Bundestaqının "erməni soyqırımı” ilə bağlı qərarını şərh edərkən əslində fikirləşmək lazımdır ki, bu hadisələr niyə baş verdi? Bunların mahiyyətində nə dayanır? Dünyada bu hadisələrlə əlaqədar atılan addımlar ədalətlidir, ya yox? Düşünürəm ki, burada bizim həmişə dediyimiz ikili standart özünü göstərir”.
 
APA-nın xəbərinə görə, bu sözləri Almaniya parlamentinin uydurma "erməni soyqırımı” barədə qərarına münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib. O bildirib ki, indiki vəziyyətdə bu cür addımlar beynəlxalq münasibətlərin daha da gərginləşməsinə gətirib çıxarır: "Bu addımlar sülhün, təhlükəsizliyin və sabitliyin möhkəmlənməsinə heç də xidmət etmir. Bu cür siyasət düzgün deyil. Bu gün prezident İlham Əliyevin çıxışını dinlədiniz. Düşünürəm ki, belə siyasətin təməli 90-cı illərin əvvəllərində ABŞ Konqresində Azərbaycana qarşı 907-ci düzəlişin qəbul olunması ilə qoyulub. Bu da çox gülünc məsələdir. Azərbaycanın ərazisi işğal olundu, Azərbaycan təcrid olunmuş vəziyyətə düşdü və nəticədə Azərbaycanın əleyhinə bu düzəliş qəbul edildi”.
 
N. Məmmədovun sözlərinə görə, 100 il bundan qabaq baş vermiş hadisə ilə əlaqədar tarixçi alimlər ətraflı araşdırma aparmalıdır: "Bununla bağlı Türkiyənin gözəl təklifi var. Bu addımı atmaq lazımdır. Dəqiq elmi araşdırmalar aparıb, dəqiqləşdirdikdən sonra qərar qəbul edilməlidir. Yoxsa, indi bütün prosesləri siyasiləşdirmək düzgün addım deyil. Bunu heç Türkiyə də qəbul etməyəcək”. 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol