• $
  • €
  • ₽
  • ₺
  • £

“Erməni soyqırımı”na səs verən türk deputat DANIŞDI

“Erməni soyqırımı”na səs verən türk deputat DANIŞDI
03.06.2016 18:22
Almaniya Yaşıllar Partiyasının həmsədri Cem Özdəmir dünən Bundestaqda (parlamentdə) qəbul edilən "erməni soyqırımı” layihəsinə səs verib. O, türkəsilli olduğuna görə bu addımına görə şiddətli qınağa tuş gəlib. Cem Özdəmir məsələylə bağlı ona ünvanlanan sualları cavablandırıb.
 
Modern.az Türkiyə KİV-nə istinadən onun özünə haqq qazandırması barədə dediklərini  təqdim edir.

- Türkiyədə bəziləri Bundestaqın qərarını Ankaranın əleyhinə bir təşəbbüs kimi xarakterizə edir. Siz bu fikirlərlə razısınızmı, bu istiqamətdə səylərinizin əsas səbəbi nə idi əslində?

- Baxın, alınan bu qərarın əsas səbəbi budur: Alman arxivlərinə, Xarici İşlər Nazirliyinin arxivlərinə baxdıqda açıq və aydın şəkildə görürük. O dövrdə alman diplomatları  baş verənləri təqib edib. O zamankı Türkiyədə xidmət edənlər bunları söyləyib: "Bir soyqırımı olur, insanlar yurdundan olurlar, Suriyada çölə göndərilir”, "buna mane olaq” dedilər. Amma alman hökuməti o tarixdə dedi: "Heç vaxt müdaxilə etməyin, Osmanlı İmperiyası tərəfdaşımızdır, silah qardaşımızdır, dolayısıyla ermənilərin başına nə gəlirsə gəlsin, bizim üçün əhəmiyyətsizdir””. Belə bir açıqlama verilib. Dolayısıyla, burada bizim də çiyinlərimizə cinayət yüklənir, bir vəzifə düşür. Bundan bəhs edirik. Yəni burada başqa bir ölkə haqqında qərar vermək kimi heç vaxt bir niyyətimiz yoxdur. Onsuz da qərarı oxuyan belə bir şeyi heç yerdə tapa bilməz. Biz, bizdən bəhs edirik. Bunu da kimsə inciməsin, qadağan edə bilməz.

- Bəs bu mövqeyin Türkiyə-Ermənistan yaxınlaşmasına töhfə verəcəyini düşünürsünüz?

- Baxın, bilsəm ki, buna ən kiçik bir şəkildə təkan verəcək, əlimdən gələn hər şeyi edirəm. Ancaq tarixə baxdığımızda təəssüf ki, qaçırılmış imkanlardan söz edə bilərik. Ən son Sürix protokolu var. Sürix Protokoluna baxanda, bu gün Türkiyənin söz etdiyi ekspertlər komissiyasının bu protokola daxil edildiyini görəcəksiniz. Yəni bir halda ki, sən bir mütəxəssislər komissiyası istəyirsən, o zaman niyə mane oldun? Demək ki, burada həqiqətlə uyğun gələn heç bir şey yoxdur. Sərhəd açılsaydı, yəni Türkiyə-Ermənistan sərhədi açılsaydı, Dağlıq Qarabağ məsələsinin həlli asanlaşacaqdı. Türkiyə iqtisadiyyatı orada sərmayə qoyacaqdı, iki ölkə yaxınlaşacaqdı və tamamilə başqa bir vəziyyət söz mövzusu olacaqdı. Yəni Türkiyə əgər belə qərarların çıxmasını istəmirsə, o zaman xahiş edirəm, razılığa qarşı çıxmasın.

- Bu gün Türkiyə mətbuatında "Cem Özdəmir əvvəldən bu tarixçilərin işi, əslində fərqli danışmışdı” deyildi. Bu iddialara siz nə deyirsiniz?

- Yox, mən fikrimi dəyişməmişəm. Yəni bir az əvvəl dediyim kimi, ən kiçik bir şəkildə bir ümid olsa, müzakirə olar, hər iki tərəf  bir-birinə yaxınlaşarsa, dediyim kimi - əlimdən gələn hər şeyi edərəm. Amma aradan proses keçdi. Hrant Dink öldürüldü. Açılan kilsələr bu gün yenidən bağlanır. Heybeli adadakı Ruhanilər Məktəbi bütün beynəlxalq konvensiyalara zidd olaraq hazırda da qapalıdır. Yəni bu gün Türkiyədə yaşayan xristianlara "rədd olun gedin” deyilir. Dörddə biri xristian əhalinin, bu gün yüzdə birinin altında. Yəni başqa bir şey deməyə ehtiyac varmı? Hər kəs əlini vicdanına qoysun və onu özündən soruşsun: Türkiyənin kökənində  Ənvər Paşa, Tələt Paşa, Sarıqamışda türkləri, 70 min insanı donduranlar, yoxsa kökən olaraq var, yoxsa Kütahya valisi kimi "Mənim ərazimdə ermənilərin tükünə toxunanlar mənim qapımdan keçmək məcburiyyətində deyənlər? Mən onları mənşə kimi qəbul edirəm. Mənim nümunəm bunlardır. Övladlarıma bunları nümunə göstərirəm. Mövləviləri nümunə göstərirəm, Konya qubernatorunu nümunə göstərirəm. Çünki onlar dedilər ki, "ermənilər də bizim kimi bir Allaha inanır, onlara hücum edən, mənə bir müsəlman olaraq hücum etmiş olur. Bir də fərqli insanları nümunə alanlar var. Qatilləri nümunə alanlar var. Hər kəs seçimini etməlidir. Mən seçimimi etdim. 

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol