• $
  • €
  • ₽
  • ₺
  • £

Baş nazirlər görüşdü

Baş nazirlər görüşdü
03.06.2016 20:54
Azərbaycanın Baş naziri Artur Rasizadə iyunun 3-də ölkəmizdə rəsmi səfərdə olan Türkiyə baş naziri Binəli Yıldırım ilə görüşüb.

Oxu.Az-ın məlumatına görə, baş nazir Artur Rasizadə Binəli Yıldırımı Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və baş nazir təyin olunması münasibətilə təbrik etdi, ona dövlətçilik fəaliyyətində uğurlar arzuladı və nümayəndə heyətini ölkəmizdə görməkdən məmnunluğunu bildirib. 
Artur Rasizadə Binəli Yıldırımın Azərbaycana səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyinə əminliyini söyləyib.
 

 
Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu deyən Artur Rasizadə bu əməkdaşlığın müasir dövrün tələblərinə uyğun yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu vurğulayıb, hər iki ölkənin birgə reallaşdırdığı iri layihələrin əhəmiyyətini diqqətə çatdırıb. O, Türkiyənin İzmir vilayətində keçirilən ənənəvi "Efes” hərbi təlimlərinin Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini qeyd edib.

Baş nazir Artur Rasizadə Almaniya Bundestaqının qondarma "erməni soyqırımı” ilə bağlı qərarının heç bir əsasının olmadığını bildirib. O, Almaniya parlamentinin Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalına, Ermənistan ərazisində tarixi torpaqlarında və işğal olunmuş Azərbaycan ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı Ermənistan tərəfindən törədilmiş qanlı etnik təmizləməyə, Xocalı soyqırımına, o cümlədən BMT Təhlükəsizlik Şurasının işğalı pisləyən və işğalçı qüvvələrin Azərbaycanın zəbt olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması haqqında qəbul etdiyi dörd qətnaməyə etinasız qaldığı halda, 101 il əvvəl baş verdiyi iddia edilən "erməni soyqırımı” kimi saxtalaşdırılmış tarixi məsələyə dair birtərəfli qaydada qətnamə qəbul etməsini pisləyib.

Türkiyənin baş naziri Binəli Yıldırım qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında önəmli rol oynadığını qeyd edib. Bakıya səfərinin qarşılıqlı əlaqələrin daha da inkişafına təkan verəcəyini diqqətə çatdıran Binəli Yıldırım ölkələrimizin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, TANAP kimi beynəlxalq layihələrə imza atdığını və bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Türkiyənin baş naziri əmin olduğunu bildirdi ki, ölkələrimiz arasında dostluğa və qardaşlığa söykənən əlaqələr daha da genişlənəcək.

Binəli Yıldırım Almaniya Bundestaqının qondarma "erməni soyqırımı” ilə bağlı qərarının Türkiyə üçün heç bir əhəmiyyət kəsb etmədiyini deyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini həmişə dəstəklədiklərini deyən Binəli Yıldırım diqqətə çatdırıb ki, Cənubi Qafqazda sülhün bərqərar olması üçün Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol