• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər

Əli Həsənov: Azərbaycanlılar öz aralarında münaqişəyə yol verməməlidirlər
04.06.2016 17:05

Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının yekun iclası keçirilib.  

Oxu.Az xəbər verir ki, iclasın gündəliyinə Redaksiya Komissiyasının məlumatı, Qurultay sənədlərinin və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibinin müzakirəsi daxil edilib. 

Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov diaspor fəaliyyətinin insanın ürəyindən, Vətənə və torpağa bağlılıqdan qaynaqlandığını söyləyib: 

"Diaspor quruculuğunda iştirak edən hər bir azərbaycanlı Vətəni sevir, onun problemləri ilə yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyi ideyası Azərbaycan Xalq Cümhuriyyətinin ideoloqları – Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə və digərləri tərəfindən irəli sürüldü, ancaq bu işi başa çatdıra bilmədilər”.  

Ə. Həsənov deyib ki, Heydər Əliyev hakimiyyətə qayıdandan azərbaycanlıların həmrəylik ideyasını yenidən gündəmə gətirib:

"Azərbaycançılıq ideyası bir ideologiya kimi formalaşdı və bu gün dövlətçilik siyasətimizin əsasında dayanır. Heydər Əliyev Dünya Azərbaycanlılarının Qurultayının keçirilməsi ideyasını da gündəmə gətirdi və biz 3 il birinci qurultaya hazırlaşdıq. Biz diasporumuzun koordinasiyasını yaratmağa çalışırdıq. Bəzi dövlətlər düşünürdülər ki, azərbaycanlıların həmrəyliyi onların ərazi bütövlüyünə qarşı təhdidə çevriləcək. Heydər Əliyev ortaya qoydu ki, İranda, Rusiyada, Orta Asiyada yaşayan azərbaycanlılar o ölkələrin ən layiqli vətəndaşı statusuna qalxdıqdan sonra Azərbaycanın adını yüksəldə, Vətənə dəstək verə bilər. 

Azərbaycanlıları bir araya ona görə yığırıq ki, multikultural ənənələrimizi o ölkələrdə təbliğ edək. Məhz belə azərbaycanlılar həm vətəndaşları olduqları ölkələrə, həm də Azərbaycana xidmət edə bilər. O ölkələrin qanunverici və icra orqanlarında təmsil olunaraq o ölkənin firavanlığı üçün çalışa, Azərbaycanın uğurlarına da töhfə verə bilər. Yeri gəlmişkən, Qərb ölkələri başqa xalqların dininə, dilinə, mədəniyyətinə dözüm göstərir, biz isə başqa xalqların dininə, dilinə, mədəniyyətinə ehtiramla yanaşırıq. Bizim fərqimiz budur. Bəşəriyyətdə birgəyaşayışın ən yaxşı forması da budur. Biz qurultayda da dünyaya bu mesajı vermək istəyirik.

Azərbaycanlılar öz aralarında münaqişələrə yol verməməlidir. Ayrı-ayrı vaxtlarda hansısa ölkələrdə tədbir keçirib, sonra dağılışıb getməməliyik. İşimizi sistemli görməliyik. İnformasiya əlaqələrimizi gücləndirməliyik, qlobal virtual məkana çıxmalıyıq. Bununla da dünya azərbaycanlılarının problemlərinin statistikası ilə məşğul olmalıyıq, problemlərini həll erməliyik”.
 
Ə. Həsənov bildirib ki, dünya azərbaycanlıları ilk növbədə öz aralarında birliyə nail olmalıdır: 

"Xarici ölkələrdə diaspor təşkilatlarının birliyinə nail ola bilmiriksə, normal əməkdaşlığa, milli məsələlərdə həmrəyliyinə nail olmalıyıq. Dövlət başçısı da birliklə bağlı mesajında məhz bunu nəzərdə tuturdu. Beləliklə, xarici ölkələrlə soydaşlarımızın pozulan hüquqlarının bərpasına, mili maraqlarımızın təmini ilə bağlı aksiya və tədbirlərin keçirilməsinə nail ola bilərik. Biz bir aya torpaqlarımızı azad edə bilərdik, imkan vermədilər.

Təəssüf ki, müasir dünyada bunun qarşısının alınması mexanizmi var. Ona görə də dünya informasiya məkanına çıxılması, virtual informasiya vasitələrinin yaradılması vacibdir. Dövlət başçısı çıxışında bu məsələyə xüsusi diqqət yetirdi”.

Ə. Həsənov vurğulayıb ki, bu il Dünya Azərbaycanlıları İş Adamları Birliyi yaradılması və Bakıda konfransının keçirilməsi zamanı çatıb: 

"Xarici ölkələrdə deputat kampaniyalarını maliyyələşdirmək imkanına malik iş adamlarımız var”.

Ə. Həsənov xarici ölkələrdə yaşayan azərbaycanlıların ailələrinin Azərbaycanda istirahət etməsinin önəmli olduğunu nəzərə çatdırıb: 

"Mən fəxr edirəm ki, azərbaycanlıyam” şüarı soydaşlarımız üçün əsas olmalıdır. Səfirliklər və Dövlət Komitəsi diasporumuzun koordinasiyasını təmin etməlidir”.  
 
İclasda Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndələrinin Azərbaycan prezidenti İlham Əliyevə müraciəti qəbul edilib. 

Müraciətdə qeyd edilir ki, ötən qurultaydan keçən dövr ərzində Azərbaycan diasporu ölkəmizə qarşı anti-təbliğat kampaniyalarının qarşısının alınması üçün hücum taktikasına keçib, fəaliyyətin daha mütəşəkkil koordinasiya olunması məqsədi ilə ortaq strategiya müəyyənləşdirilib, əhəmiyyətli görüşlər və forumlar keçirilib. 

Müraciətdə Azərbaycanın regionun lider dövlətə çevrildiyi bildirilir. Qurultay nümayəndələri qeyd ediblər ki, bu il aprelin ilk günlərində düşmənin hərbi təxribatlarının qarşısı qətiyyətlə alınıb, əks-həmlə ilə onu geri oturdan Azərbaycan ordusunun döyüş qabiliyyəti onları çox sevindirib: 

"Hər birimizin ən böyük arzusu qələbə Qarabağımızın geri qaytarılması, torpaqlarımızın azad olunmasıdır. Bu yolda hər an Sizin yanınızda olduğumuzu bir daha bəyan edirik. Sizi əmin edirik ki, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması, mili-mədəni irsimizin yaşadılması və təbliği, doğma Vətənin mili maraqlarının təmin olunması naminə dünya azərbaycanlılarının daha mütəşəkkil qaydada təşkilatlanmaları istiqamətində bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik”.

Sonra prezident İlham Əliyevin sədrliyi ilə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yeni tərkibi seçilib. 


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol