• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz"

"Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz"
07.06.2016 15:15
"BMT Nizamnaməsində, eləcə də ATƏT-in Helsinki Yekun Aktının prinsiplərində də aydın şəkildə deyilir ki, xalqların öz müqəddəratını təyin etməsi prinsipi suveren dövlətlərin ərazi bütövlüyü prinsipinin pozulması hesabına həyata keçirilə bilməz. Odur ki, bu gün Ermənistan tərəfindən işğal olunmuş ərazilərin Ermənistana birləşdirilməsi və ya burada ikinci bir erməni dövlətinin yaradılmasının təsəvvür olunması belə mümkün deyil”.
 
APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov Vatikan Radiosuna müsahibəsində bildirib.
 
E. Əmirbəyov qeyd edib ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi-Fransa, ABŞ, Rusiya tərəfindən aparılan sülh prosesi mövcuddur və bu qrup münaqişənin Azərbaycanın və Ermənistanın qəbul edəcəyi həll yolunu tapmaqla məşğuldur: "Aprelin əvvəlindəki döyüşlər bir daha göstərdi ki, işğalın yaratmış olduğu bugünkü "status-kvo” qəbuledilməzdir və bu cür davam edə bilməz. 1994-cü ildən bəri regionda siyasi, iqtisadi, demoqrafik, hərbi güc nisbətinin dəyişdiyi də göz önündədir, durum 20 il bundan öncəki kimi deyil. Odur ki, Azərbaycanın öz ərazilərinin qanunsuz işğalına dözəcəyini düşünmək olmaz”.
 
Səfirin sözlərinə görə, mövcud "status-kvo”nun dəyişməsi üçün konkret addımlar atılmalıdır: "Öncə Dağlıq Qarabağ ətrafındakı bölgələr dərhal işğaldan azad olunmalıdır. Vasitəçilərin planına görə, əvvəlcə Ermənistan silahlı qüvvələri işğal olunan Qarabağ ətrafındakı 5 rayondan geri çəkilir, Azərbaycan ilə Ermənistan və eyni zamanda Türkiyə ilə Ermənistan arasında kommunikasiya vasitələri açılır, həmin 5 rayonun evlərini tərk etmiş məcburi köçkünlərinin geri qaytarılması prosesi başlayır və həm də bu ərazilərdə insanların təhlükəsizliyi təmin olunur. Burada söhbət BMT TŞ-nin bu ərazilərdə sülhü təmin etmək üçün mandat verdiyi ATƏT-in sülhün qorunması planından gedir. İkinci mərhələdə isə Laçın və Kəlbəcər rayonlarından erməni hərbi birləşmələrinin çıxarılması və Ermənistanı Dağlıq Qarabağ ilə birləşdirəcək dəhlizin parametrlərinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılacaq. Elə bu zaman Dağlıq Qarabağın müvəqqəti statusunun müzakirəsi başlanacaq”.
 
Sonda E. Əmirbəyov vurğulayıb ki, Dağlıq Qarabağın hər iki icmasının sülh şəraitində harmonik birgəyaşayışı təmin olunmalıdır: "Bir tərəfdə çoxluq təşkil edən ermənilər, digər tərəfdə isə azlıq təşkil edən azərbaycanlıların normal birgəyaşayış şərtlərinin təmin olunması ilə bir yerdə yaşaması tam mümkündür. Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olsa da, tam dünyəvi bir dövlətdir və burada müxtəlif dinlər və müxtəlif etnoslar harmonik şəkildə bir yerdə yaşayırlar. Hesab edirəm ki, bir gün ermənilər də bu sülhdən bəhrələnərək digər millətlər kimi azərbaycanlılarla birgə yaşayacaqlar".

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol