• $
  • €
  • ₽
  • ₺
  • £

"BMT Təhlükəsizlik Şurasının qətnamələri bizə gəldikdə kağız üzərində qalır"

"BMT Təhlükəsizlik Şurasının qətnamələri bizə gəldikdə kağız üzərində qalır"
08.06.2016 22:33

"Bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır".

"Report" xəbər verir ki, bunu Berlində keçirilən Azərbaycan-Almaniya İqtisadi Forumunda çıxışı zamanı prezident İlham Əliyev bildirib.

Azərbaycan prezidenti çıxışı zamanı iki ölkə arasında tərəfdaşlıq məsələlərinə toxunub:

"Almaniya və Azərbaycan yaxşı tərəfdaşlardır. Biz bir çox sahələrdə əməkdaşlıq edirik. Bizim aramızda çox fəal siyasi dialoq mövcuddur. Mən ötən il Almaniyaya səfər etmişəm, indi də səfərdəyəm. Bu, onu göstərir ki, bizim aramızda iqtisadi əlaqələrin də inkişafı üçün vacib olan çox fəal siyasi əlaqələr var. Sabitlik və təhlükəsizlik digər ölkələr kimi, bizim iqtisadiyyatımız və ölkəmizin gələcək inkişafı üçün ən vacib məsələlərdən biridir".

İlham Əliyev xatırladıb ki, "1994-cü ildə Azərbaycan ilə Ermənistan arasında atəşkəs rejimi əldə olunandan bəri biz sülh şəraitində yaşayırıq. Lakin bu sülh kövrəkdir və təmas xəttindəki son hadisələr göstərir ki, Ermənistan və Azərbaycan arasındakı münaqişə dondurulmuş deyil və bu münaqişə həll olunmalıdır".

"Aprelin əvvəlində Ermənistan Azərbaycana qarşı hərbi təxribat törətdi. Biz cavab verməli, mülki əhalimizi, şəhərlərimizi, kəndlərimizi və hərbi mövqelərimizi müdafiə etməli olduq. Apreldəki toqquşmaların nəticələri göstərdi ki, Ermənistan artıq vəziyyətə nəzarət etmək və status-kvonu dəyişməz saxlamaq iqtidarında deyil. Status-kvo mümkün qədər tez bir zamanda dəyişdirilməlidir. ATƏT-in Minsk qrupu bu məsələ ilə məşğul olur. Minsk qrupuna həmsədrlik edən ölkələrin - ABŞ, Fransa və Rusiyanın prezidentləri status-kvonun qəbuledilməz olması ilə bağlı dəfələrlə açıq bəyanat yayıblar. ATƏT-in sədri kimi Almaniya da bu bəyanatla çıxış edib. Nazir Ştaynmayer status-kvonun dəyişdirilməli olduğunu çox açıq şəkildə bəyan edib. Bu, nə deməkdir? Status-kvonun dəyişdirilməsi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad olunmasının başlanması deməkdir. Azərbaycanın torpağı olanDağlıq Qarabağ və digər 7 rayon 20 ildən artıqdır ki, işğal edilib. Hər şey dağıdılıb, biz etnik təmizlənməyə məruz qalmışıq, bütün azərbaycanlılar o ərazilərdən qovulub, torpaqlarımızın təxminən 20 faizi işğal altındadır, bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib".

O qeyd edib ki, "indi biz bir çox Avropa ölkələrində miqrantlarla bağlı böyük narahatlığın şahidi oluruq. Siz təsəvvür edə bilərsinizmi ki, müstəqilliyimizin ilk illərində, biz yoxsul, qeyri-mütəşəkkil olanda, inkişaf üçün heç bir vəsaitimiz olmayanda belə humanitar fəlakətlə üzləşmişdik".

Prezident İlham Əliyev həmin dövrdə sayı 8 milyon olan əhalinin bir milyonunun evsizə çevrildiyini diqqətə çatdırıb və qeyd edib ki, "beynəlxalq təşkilatlar miqrant məsələsi ilə məşğul olur, biz bunu dəstəkləyir və qiymətləndiririk".

"BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Lakin onlara əməl edilmir və əməlolunma mexanizmi yoxdur. Təəssüf ki, Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədiyinə görə Ermənistana sanksiyalar tətbiq olunmur. Biz burada ikili standartlar siyasəti ilə üzləşirik. Çünki bəzi hallarda Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində həyata keçirilir. Bizə gəldikdə isə onlar 20 ildən çoxdur kağız üzərində qalır. Başqa sözlə, münaqişənin Helsinki Yekun Aktı, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tez bir zamanda həlli Cənubi Qafqaz regionunun sabitliyinə, proqnozlaşdırıla bilməsinə və iqtisadi inkişafına xidmət edəcək. Bu ağır yükə baxmayaraq, Azərbaycan uğurlu inkişafa nail oldu. Bu il 25 illiyini qeyd edəcəyimiz müstəqillik onu göstərir ki, biz öz dəyərlərimiz, baxışımız, ənənələrimiz və güclü, müstəqil, suveren dövlət yaratmaqla bağlı planlarımıza əsasən yaşaya bilirik. Bu illər transformasiya – siyasi və iqtisadi transfo


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol