• $
  • €
  • ₽
  • ₺
  • £

“İcra başçılarına qarşı tələblər dəyişəcək...” - Zahid Oruc

“İcra başçılarına qarşı tələblər dəyişəcək...” - Zahid Oruc
11.06.2016 15:23
"Dövlət rəhbərinin maksimum səyləri ona yönəlib ki, ölkədə məmur sayı optimallaşdırılsın, funksional səlahiyyətlərin sərhədi dəqiqləşsin, bir- birini təkrarlayan qurumlardan azad olma imkanı meydana çıxsın. Lakin bunu təkcə məmurları ixtisar etmək və işsizlərin sayını artırmaq kimi başa düşmək olmaz”.

Bunu "Qafqazinfo”ya açıqlamasında millət vəkili Zahid Oruc son günlər prezident tərəfindən ölkədə həyata keçirilən kadr islahatlarına münasibət bildirərkən deyib.

Millət vəkili xatırladıb ki, dövlət başçısı ötən ilin sonlarından başlayaraq fəal şəkildə ölkədə institutsional islahatlar, struktur dəyişiklikləri həyata keçirməkdədir: "Buna sübut olaraq Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Qulluğuna Qəbul Komissiyasının Dövlət İmtahan Mərkəzinə birləşdirildi. Bəzi agentliklərin təyinatının dəyişdirildi. Böyük özəlləşdirmə proqramlarını nəzərə alaraq dövlətin iştirak payı olan şirkətlərin özəlləşməyə açılacağı və bununla bağlı beynəlxalq qurumların ekspert qismində məsləhətçisi kimi cəlb olunması prosesi başladı. Bütün bunlar sübut edir ki, asan hökumət modeli əslində həyata keçirilməkdədir”.

Onun sözlərinə görə, icra hakimiyyətlərinin başçılarının bir neçəsinin işdən çıxarılması və dəyişdirilməsi ona görə edilir ki, birinci növbədə hər hansı şəxs o bölgə üzrə müxtəlif biznes fəaliyyətinə başlayır, ayrı-ayrı qurumlarla əlaqəyə girir: "Bəzən idarəçiliyi çətinləşdirən həm də o məqam olur ki, insanlarla sıx əlaqədə olursan və sonradan onları qanunsuz əməllərdən də çəkindirmək olmur. Ona görə də bu rotasiyalar da bir ənənəyə çevrilib. 

Sonuncu dəyişikliklə bağlı deyə bilərəm ki, Mübariz Ağayev təcrübəli bir adamdır. Onun kənd təsərrüfatı sektoru ilə bağlı fəaliyyət təcrübəsi də mövcud idi. Mehdi Səlimzadə bələdiyyələrlə iş üzrə quruma uzun müddət rəhbərlik edərək icra orqanlarına yaxın idi. Eyni zamanda parlamentdə hesabatlarda iştirak edərkən o yaxşı bilirdi ki, dövlət rəhbərliyi, həmçinin vətəndaş, ictimai sektoru nələri tələb edir.

Əminəm ki, gələcəkdə icra hakimiyyəti başçılarına qarşı tələblər dəyişəcək. Bu qurumla bağlı cəmiyyətin gözləntiləri fərqlidir.

Bunu nəzərə alaraq da cənab prezident qurumların vətəndaşlara xidmətinin effektivliyini qiymətləndirmək üçün asan xidmət kateqoriyasının ortalığa çıxardılmasına çalışır. Bu, fəaliyyəti qiymətləndirmək üçün obyektiv yol olacaq. Beləliklə, dövlət başçısının məmurlardan tələb etdiyi vətəndaş qarşısında hesabatlılıq, şəffaflıq prinsiplərinin bərqərar olunmasına imkan qazanmış olacağıq. Kadr dəyişikləri cənab prezidentin öz səlahiyyətində olan məsələdir və biz parlament olaraq bunu yalnız alqışlayırıq”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol