• $
  • €
  • ₽
  • ₺
  • £

"Müasir dövrdə problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir"

"Müasir dövrdə problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir"
13.06.2016 21:34
Bu gün Andorra Knyazlığında Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısının açılışı olub.
 
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, "Qloballaşan dünyada xalqların gücü” mövzusunda keçirilən toplantıda dünyanın yeni siyasi xəritəsi, qloballaşma prosesinə yeni baxış, XXI əsrdə iqtisadi vəziyyət və digər mühüm məsələlərə dair fikir mübadiləsi aparılır.
 
Toplantıda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç, Andorra baş naziri Antoni Marti, Latviyanın sabiq prezidenti, NGBM-nin həmsədri Vayra Vike-Frayberqa, İsgəndəriyyə Kitabxanasının direktoru, NGBM-nin həmsədri İsmayıl Seragəldin, Ərəb Liqasının sabiq baş katibi Əmr Musa, Serbiyanın keçmiş prezidenti Boris Tadiç, İtaliya prezidentinin diplomatik müşaviri Antonio Zanardi Landi, Xorvatiyanın sabiq prezidenti İvo Yosipoviç və digərləri iştirak edir. Ali səviyyəli görüşdə Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da iştirak edir.
 
Tədbirin açılışında Antoni Marti, Mladen İvaniç, Vayra Vike-Frayberqa, İsmayil Serageldin və N. Məmmədov çıxış ediblər.
 
A. Marti qloballaşan dünyada Andorranın mövqeyini, müstəqil dövlət olaraq qlobal əhəmiyyətli məsələlərdə xüsusi rol oynadığını diqqətə çatdırıb. İraq, Liviya, Serbiya, Xorvatiya və digər bölgələrdə münaqişəli vəziyyətlərdən söhbət açan M. İvaniç isə bu problemlərin bir çoxunun həll yollarının hələ də tapılmamasını təəssüflə vurğulayıb. O qeyd edib ki, müasir dünyada gündən-günə artan problemlərin qarşısının alınması yolları bu günün əsas mövzusudur.
 
Öz növbəsində V. Vike-Frayberqa insanların səsinin eşidilməsi üçün internetin vacibliyini vurğulayıb. Qaçqın böhranından söz açan V. Vike-Frayberqa deyib ki, bugünkü görüşün məqsədi burada səslənəcək orijinal ideyalar əsasında bu problemlərin həll yollarını tapmaqdır.
 
N. Məmmədov isə NGBM-yə və A. Martiyə tədbirin təşkilinə görə təşəkkür edib. O, müasir dünyada baş verən əsas proseslər, problemlər, qloballaşma dövrünün qarşılaşdığı çətinliklərdən söhbət açıb. "Bu gün dünya birliyi Yaxın Şərqdə münaqişələr, Avropada qaçqın böhranı və s. kimi çətinliklərlə üzləşir. İlk növbədə bu problemlər dərindən təhlil edilməlidir. Bu məsələlər olduqca böyük əhəmiyyət kəsb edir. Əsas məqsəd səbəbi kökündən araşdırmaqdır”, - deyə N. Məmmədov bildirib.
 
PA rəsmisi hazırkı dövrdə baş verən terror aktlarına da toxunub və qeyd edib ki, bu gün ABŞ da daxil olmaqla, dünya ölkələri bu təhlükə ilə üzləşir.
 
N. Məmmədov bildirib ki, SSRİ və Varşava Paktının dağılmasından sonra beynəlxalq münasibətlər sistemində əsaslı dəyişikliklər baş verib. "Beynəlxalq hüquqa əməl edilməməsi bir çox münaqişələrə səbəb olur. Müasir dövrümüzdə baş verən problemlərin başlıca səbəbi beynəlxalq hüquqa riayət edilməməsidir”.
 
İ. Serageldin isə toplantının mövzusunun əhəmiyyətini vurğulayıb və münaqişə bölgələrində vətəndaş müharibələrinin hələ də davam etdiyini diqqətə çatdırıb. O, müasir dövrdə gedən iqtisadi proseslərdən, internetin sosial əlaqələrin qurulmasında əvəzsiz rolundan danışıb. İ. Seragəldin eyni zamanda, 1970-ci ildən bəri baş verən proseslər, ətraf mühit, istehlak, insanların bərabərliyi, qadınların hüquqları, büdcə məsələləri, iqtisadi dəyişikliklər və s. kimi məsələlərə toxunub.
 
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) VIII Ali Səviyyəli toplantısı panel müzakirələrlə işini davam etdirir. Tədbir çərçivəsində Cənubi Qafqaz regionundakı münaqişəli məsələlərin, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirə ediləcəyi və Andorra Knyazlığının rəhbərinə yazılı müraciətin qəbul olunacağı gözlənilir. Toplantı sabah davam edəcək.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol