• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Həsənov: “İşbazlar QHT adı ilə müəssisələrə gedib yoxlamalar aparmağa cəhd edirlər”

Əli Həsənov: “İşbazlar QHT adı ilə müəssisələrə gedib yoxlamalar aparmağa cəhd edirlər”
16.06.2016 14:38
 "İnsan hüquqları həddi olan, hüdudu olmayan bir anlamdır, prosesdir. Bu məsələyə digər rakursdan baxsaq, istehlakçıların hüquqlarının qorunması ilə bağlı dövlətin üzərinə mühüm vəzifələr düşür”.

"Report”un xəbərinə görə, bunu Milli Məclisdə keçirilən "18 iyun - Azərbaycan Respublikasında İnsan hüquqları günü” ilə əlaqədar dinləmələrdə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

O bildirib ki, istehlakçıların hüquqlarını müdafiə edən instansiyadan baxdıqda onların da insan hüquqları ilə bağlı öz baxışları var: "Onların da hüquqları qorunmalıdır. Təssəvür edin ki, heç kim tərəfindən tanınmayan adam böyük bir klinikaya girərək bildirir ki, mən buranı bağlayıram, çünki buranı yoxlayacam. İddia etmirəm ki, Azərbaycanda bu sahə ilə məşğul olan təşkilat və qurumlar bu vəziyyətdədir. Bilirik ki, belələri də var. O rakursdan baxanda istehsalçıların da hüquqlarının müdafiəsinə ehtiyac var. Bu yaxınlarda Azərbaycan Prezidenti sahibkarlıq subyektlərində 2 illik yoxlamaların aparılmasını qadağan etdi. Bundan istifadə edən işbazlar hərə bir QHT adı ilə müəssisələrə gedib yanğın təhlükəsizliyindən tutmuş, istehlakçıların hüquqlarının müdafiəsinə qədər yoxlamalar aparmağa cəhd edirlər. QHT-lərin, medianın fəaliyyəti şəffaflıq tələb edir. Bu yaxınlarda nazirlərdən biri açıq-aşkar zəng edib deyir ki, filan qəzet məni təhdid edir. Açıq formada böhtan yazır. Deyirəm ki, məhkəməyə müraciət edin. O da qeyd edir ki, işimi buraxıb məhkəməyə gedim? Həmin "reket” jurnalistin üzərində 15 məhkəmə qərarı var. Bu anlamda insan hüquqları sözün həqiqi mənasında ictimai davranış normasının dolğunluğundan, təkmilliyindən asılıdır. İctimai davranış normaları hamımızın qanun səviyyəsinə çıxardığımız, o cümlədən normal sayılan davranış qaydalarıdır. Jurnalistin, millət vəkilinin və digərlərinin davranış qaydaları var. Biz icra orqanları maksimum şəkildə çalışırıq ki, həm qanunlarda təsbit olunmuş, həm də təsbit olunmamış vətəndaşlardan gələn fikirləri ümumiləşdirib cəmiyyətin dolğun idarəçilik ilə bağlı məsələləri həll edək”.

Ə.Həsənov qeyd edib ki, məhkəmə hakimiyyəti müvafiq olaraq vətəndaşları məhkəməyə azad müraciət etmək hüququnu dolğun təmin etməlidir: "KİV-lərin öz hüquqları var. Biz hər şeyi görmürük, lakin görməyə çalışırıq. Müvafiq olaraq dövlət strukturları və cəmiyyətdə daxil olan siqnalları yoxlayıb ümumiləşdiririk. Cəmiyyətin ümumiləşmiş ehtiyaclarını təmin etmək üçün təşəbbüslər irəli sürürük. Əsas odur ki, hakimiyyətin iradəsi ortadadır”.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol