Böyük Britaniya XİN rəhbəri: "Aİ-dən çıxsaq geri qayıtmağımız mümkün olmayacaq"

Hammond: Britaniya daha sonra Aİ-yə bir daha qoşula bilməyəcək
"Böyük Britaniya Avropa İttifaqından çıxsa geri qayıtması mümkün olmayacaq".
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib.
Nazir qeyd edib ki, Böyük Britaniya ittifaqdan çıxmaq qərarına gəlsə, geriyə yol olmayacaq: "Britaniya daha sonra Avropa İttifaqına qoşula bilməyəcək, yalnız ona sərf etməyən şərtlərdə qoşula bilər - Avrozonada üzvlük, Şengendə üzvlük və s.", - F.Hammond Aİ üzv ölkələri XİN rəhbərlərinin iclasından əvvəl jurnalistlərə bildirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























