Lavrovdan prezidentlərin Peterburq görüşü ilə bağlı açıqlama

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağda təmas xəttində vəziyyətin normallaşmasına tərəfdar olduqlarını və ATƏT müşahidəçilərinin sayının artırılması barədə razılığa gəldiklərini bildiriblər.
APA-nın Rusiya bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Danışıqlar prosesinin aktivləşməsi ilə bağlı konkret addımlarla yanaşı prezidentlər üçtərəfli bəyanatı razılaşdırıblar, hansı ki, burada təmas xəttində vəziyyətin normallaşmasına öhdəlik, münaqişə zonasında işləyən ATƏT müşahidəçilərinin sayının artırılmasına razılıq ifadə olunub", deyə Rusiya XİN başçısı qeyd edib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























