Rusiyalı şərqşünasın adı Azərbaycan XİN-in “qara siyahısı"na salınacaq

Rusiyalı şərqşünas Yevgeni Satanovskinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin "arzuolunmaz şəxslər” siyahısına daxil ediləcək.
Bunu APA-ya açıqlamasında XİN-in mətbuat katibi Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Y. Satanovskinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və o, bu səfəri ilə Azərbaycanın "Dövlət sərhədi haqqında” qanununu və Miqrasiya Məcəlləsinin tələblərini pozub.
Xatırladaq ki, rusiyalı şərqşünas, Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski bir həftə öncə Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edib. O, Dağlıq Qarabağda qondarma rejimin nümayəndələri ilə bir sıra görüşlər keçirib.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























