Prezidentdən Baş nazir və nazirlə bağlı - Sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev Niyazi Novruzova "Tərəqqi” medalı verilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Naxçıvan Muxtar Respublikasında səhiyyənin inkişafında səmərəli fəaliyyətinə görə Niyazi Hüseynqulu oğlu Novruzov "Tərəqqi” medalı ilə təltif edilsin”.
Qeyd edək ki, Niyazi Novruzov Naxçıvan Muxtar Respublikasının səhiyyə naziridir.
***
Prezidentin digər sərəncamı ilə Əlövsət Qəzənfər oğlu Baxşıyev "Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Əlövsət Baxşıyev Naxçıvan Muxtar Respublikasinin Baş Naziri vəzifəsini icra edir.
***
Prezidentin digər sərəncamı ilə Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə Əli Yusif oğlu Qaraxanov "Şöhrət” ordeni ilə təltif edilib.
Əli Qaraxanov "Azneftkimyamaş" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədridir.
www.ann.az
























