• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiya prezidentindən Bakı və Anakaraya qarşı qərar

Çexiya prezidentindən Bakı və Anakaraya qarşı qərar
23.06.2016 23:35
Zeman "erməni soyqırımı" layihəsinin parlamentə göndərilməsini təklif edib.

Çexiya prezidenti Miloş Zeman "erməni soyqırımı” ilə bağlı qətnamənin parlamentdə müzakirə edilməsini təklif edib.

ANS PRESS-in məlumatına görə, Zeman bu təkliflə ölkə parlamentinin deputatlar palatasının sədri Yan Hamaçeki qəbul edərkən çıxış edib.

Görüş zamanı Zeman Hamaçekə "erməni soyqırımı” ilə bağlı qətnaməni müzakirəyə çıxarmağı məsləhət görüb.

Zeman iyunun 7-də Ermənistanda səfərdə olub. Səfərdən sonra o, "erməni soyqırımı”nın tanınması məsələsində Çexiyanın Almaniyadan nümunə götürməli olduğunu deyib.

Ermənistan prezidenti Serj Sarkisyan isə Zemana dəstəyə görə erməni konyakı verib. Çexiya prezidenti Sarkisyana parlamentdə "erməni soyqırımı” ilə bağlı qətnamənin qəbul edilməsi üçün çalışacağını deyib.

İyunun 2-də Almaniya Bundestaqı Türkiyənin etirazlarına baxmayaraq erməni "soyqırımı” layihəsini səsverməyə çıxarıb. Bundestaq qondarma erməni "soyqırımı" ilə bağlı qətnaməni qəbul edib. 

Qətnamə "101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqların soyqırımının anılması” adlanır. Səsverməyə Almaniya kansleri Angela Merkel qatılmayıb. Qətnamə bir əleyhinə, bir bitərəf səslə qəbul edilib.

Türkiyə  və Azərbaycan Almaniya parlamentinin bu addımını kəskin şəkildə pisləyib. 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol