ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yayıblar.
"Report" xəbər verir ki, sənəddə münaqişə tərəfləri mayın 16-da Vyana və iyunun 20-də Sankt-Peterburqda keçirilmiş görüşlərin nəticələrinə dair birgə bəyanatda öz əksini tapmış razılaşmalara hörmət etməyə çağırılır.
"Biz Azərbaycan və Ermənistanı ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin missiyasını genişləndirmək üçün mövcud olan bütün maneələri aradan qaldırmağa, həmçinin ATƏT-in araşdırma mexanizminin yaradılmasına dair təklifə və substantiv danışıqlarda irəliləyişə nail olmağa çağırırıq", - deyə bəyanatda qeyd olunub.
Həmsədrlər həmçinin prezidentlərin son iki görüşün nəticələrinin irəliləməsi üçün hər iki tərəflə bu istiqamətdə işin davam etdirilməsinə hazır olduqlarını bildiriblər.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























