• $
  • €
  • ₽
  • ₺
  • £

"Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq"

"Putinə göndərdiyim məktub, əminəm ki, hər iki ölkənin xeyrinə olacaq"
29.05.2020 05:49
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, rusiyalı həmkarı Vladimir Putinə yazdığı məktubda "Su-24" təyyarəsinin vurulması ilə bağlı insidentə görə təəssüf hissi keçirdiyini ifadə edib.

"Report" xəbər verir ki, prezident bunu Ankarada çıxışı zamanı deyib.

"Bizim Rusiya ilə münasibətlərimizdə təyyarəyə görə böhran baş verdi. Biz münasibətlərdəki bu mənfi halın aradan qaldırılması üçün addım atdıq. Mənim Rusiya ilə münasibətlərin inkişafını bərpa etmək üçün göndərdiyim bu məktub, əminəm ki, ölkələrimizin xeyrinə olacaq", - deyə o əlavə edib.

Ərdoğan qeyd edib ki, o, göndərdiyi məktubda təyyarə insidenti ilə bağlı baş verənlərə görə şəxsən Putinə təəssüfünü bildirib.

"Mən, həmçinin geniş məsələlər spektri üzrə regional əməkdaşlıq üçün imkanlarımızı xatırlatdım. İnanıram ki, biz hər iki ölkəyə ziyan vuran hazırkı vəziyyətdən təcili şəkildə yaxa qurtararaq, münasibətlərimizi tez bir zamanda normallaşdıra biləcəyik", - deyə Türkiyə prezidenti söyləyib.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol