Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 4-də İrəvana səfər edəcək.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.
Onun sözlərinə görə, rusiyalı nazir iyulun 4-də İrəvanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv ölkələrinin XİN başçılarının iclasında iştirak edəcək: "İclasda beynəlxalq terrorçuluqla birgə mübarizə məsələləri əsas müzakirə mövzusu olacaq".
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























