Səfirlik: Ştaynmayerin sabah Cənubi Qafqaza üç günlük səfəri başlayır

Sabah Almaniyanın federal xarici işlər naziri Frank Valter Ştaynmayerin Cənubi Qafqaza üç günlük səfəri başlayacaq və nazir Ermənistan, Azərbaycan və Gürcüstanda səfərdə olacaq.
Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər Almaniyanın ATƏT-ə sədrliyi çərçivəsində baş tutacaq.
"Yerevan və Bakıda siyasi görüşlərin əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının müzakirəsidir. Bundan başqa, Ştaynmayer 1 iyul tarixində Tiflisdə ATƏT-in Parlament Assambleyasının illik iclasının açılışında iştirak edəcək və bununla ATƏT-də parlament sisteminin rolunun gücləndirilməsinə töhfəsini verəcək.
Ştaynmayeri Gürcüstanda yüksək səviyyəli mədəniyyət və iqtisadiyyat üzrə nümayəndə heyəti müşayiət edəcək", - deyə məlumatda bildirilir.
Qeyd edək ki, səfər Ermənistandan başlanacaq. Azərbaycana səfər iyunun 30-na nəzərdə tutulur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib























