• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmayan məsələlər açıqlandı

Xəzərin hüquqi statusu ilə bağlı razılaşdırılmayan məsələlər açıqlandı
29.06.2016 12:17
"Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı danışıqlarda müəyyən irəliləyiş var".

Bunu "Report”a açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, iyulun 13-də Qazaxıstan paytaxtı Astanada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Nazir müavini bildirib ki, bu görüş açıq qalan məsələlər üzrə mövqelərin daha da yaxınlaşmasına ümid yaradır: "Bu görüşdən öncə də Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə İşçi qrupunun görüşü keçiriləcək. Ümumiyyətlə, xarici işlər nazirlərinin və İşçi qrupun görüşü ona xidmət etməlidir ki, dövlət başçıları səviyyəsində görüşün Qazaxıstanda keçirilməsi baş tutsun. Əlbəttə, buna hazırlıq işləri aparılmalıdır və bu işlər aparılır. İndiyə qədər həm Bakıda, həm də Moskvada keçirilən görüşlər də buna xidmət edirdi. Yəni Konvensiya layihəsinin maksimal dərəcədə hazır səviyyəyə gətirilməsi üçün mühüm addımlar atılır. Düşünürəm ki, nazirlərin görüşü də bu addımları daha da yaxınlaşdıracaq və açıq qalan məsələlər üzrə ölkələr arasında konsensus əldə olunmasına şərait yaradacaq”.

X.Xələfov bildirib ki, bütün görüşlər prezidentlərin görüşünə hazırlıq xarakteri daşıyır.

Nazir müavini Xəzərin hüquqi statusu ilə bağlı ölkələr arasında razılaşma əldə edilməyən məsələləri də açıqlayıb: "Burda müxtəlif məsələlər var. Bazis xətlərinin müəyyən edilməsi, hərbi fəaliyyət və əməkdaşlıq, gəmiçiliklə bağlı məsələlər var ki, onlar açıq qalıb və üzərində iş aparılmalıdır”.

X.Xələfov deyib ki, Xəzəryanı ölkələrin dövlət başçılarının görüşünün tarixi hələ dəqiqləşməyib. "Dövlət başçılarının görüşünün dəqiq vaxtını demək çətindir. Ola bilsin ki, bu, hazırlıq işlərinin səviyyəsindən asılı olaraq müəyyən ediləcək. Eyni zamanda bu prezidentlər səviyyəsində razılaşdırılmalıdır”.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol