• $
  • €
  • ₽
  • ₺
  • £

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi üçün xəritə hazırlanıb”

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi üçün xəritə hazırlanıb”
30.06.2016 12:53
"Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlı göndərmək planı hələ ki gündəlikdə yoxdur”.
 
Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
 
"Hələ 90-cı illərdə Dağlıq Qarabağdakı münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsi iddiaları var. Lakin bu, yekun həll mərhələsində baş tuta bilər, indi isə yekun həll variantı yoxdur. ATƏT katibliyinin nəznində yüksək səviyyəli görüşlərin planlaşdırma qrupu fəaliyyət göstərir. Onlar münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi planının sxemini hazırlaya bilər. Yəni ki, ATƏT üçün bu aşkar hədəflərdən biridir. Hansı qüvvələr? Hələ ki bunlar xəritədə çəkilən sxemlərdir. Üzv ölkələr müntəzəm olaraq həmin xəritə ilə tanış olur”.

Rusiyalı diplomat sülhməramlı qüvvələrin yerləşməsi üçün konkret planın da olduğunu deyib.

"Planlaşdırma qrupu ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə və ATƏT-in Minsk qrupunun həmsədrləri ilə sıx əlaqədədir. Onlar təmas xəttində ərazilərin baxışını keçirir və sülhməramlı qüvvələrin yerləşdiriləcəyi əraziləri xəritədə qeyd edirlər. Münaqişənin həlli prinsipləri aydınlaşdıqdan sonra sülhməramlı qüvvələr bölgəyə yerləşdiriləcək. Lakin bu, çox uzaq perspektivdir və tərəflər arasında razılaşma olmadığı halda mümkün deyil”.

Aleksadr Lukaşeviç ATƏT-in heç zaman sülhməramlı missiyalarla məşğul olmadığı üçün baş verənlərin təşkilat üçün böyük çətinliklər törədəcəyini deyib.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
Siyasət 09:27
KTMT Ermənistanın üzvlüyü ilə bağlı qərar qəbul edə bilər
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Siyasət 09:19
2027-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət 18:56
Azərbaycanla Norveç arasında siyasi məsləhətləşmələr keçirilib
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Siyasət 13:14
Paşinyan sülh müqaviləsinin imzalanmasından danışıb
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Siyasət 12:21
Prezident Xankəndinə təyin etdiyi xüsusi nümayəndəni vəzifəsindən azad edib
Prezidentdən yeni təyinat - sərəncam
Siyasət 12:19
Prezidentdən yeni təyinat - sərəncam
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Siyasət 11:58
Milli Məclis Fransada insan hüquqlarının pozulması halları ilə bağlı çağırış edib
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Siyasət 19:41
Ərdoğan Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə görüşünə dəvət edib
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Siyasət 18:09
Azərbaycanla Macarıstan arasında əməkdaşlığın inkişafı müzakirə olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol